KÖHNƏ VERSİYA            

Bankların gəliri milyardın üstündə - amma kredit faizləri yenə azalmır...

Image

Aparılan araşdırmalar  göstərir ki, ölkədə bəzi sistem əhəmiyyətli banklar son dövrlər əmanət faizlərini artırsa da, bir neçə bank təklif etdiyi gəlirliliyi azaldıb. Banklar bunu kreditə yönəldilməyən cəlb edilmiş vəsaitlərə görə əlavə xərclərin yaranması ilə izah edirlər. Depozit faizlərinin endirilməsi vətəndaşların banklara qoyduqları əmanətlərin azalmasına gətirib çıxarır.

Lakin maraqlıdır ki, depozit faizləri azaldığı halda, son günlər banklar tərəfindən kredit faizlərinin artırılacağı ilə bağlı iddialar yayılır. Onu da qeyd edək ki, Azərbaycanda kredit faizləri onsuz da yüksəkdir. Faizlərin yüksək olması kreditlərin qaytarılmasında problemlər yaratmaqla yanaşı, onlara əlçatanlığı da azaldır. Ekspertlər bildirirlər ki, faizlərin yüksək olmasının başlıca səbəbi kredit risqlərinin yüksək olmasıdır. Faizlərin azalması üçün banklararası rəqabət artmalı, risqlər azalmalı, bazara daha ucuz vəsaitlər daxil olmalıdır. Amma bu baş vermir. Banklar özləri isə kredit faizlərini aşağı salmır. Halbuki, banklar böyük həcmdə vəsait qazanırlar. Qeyd edək ki, bu il yanvarın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 49 milyard 178,2 milyon manat təşkil edib. Bankların aktivlərinin 21 milyard 844,7 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 18,5 faiz böyüyüb, kreditlərin aktivlərdəki payı isə 39,2 faizdən 44,4 faizə qalxıb. Açıqlanan rəqəmlərdən o da bəlli olur ki, ötən il Azərbaycanın bank sektoru 1 milyard 75,9 milyon manat xalis mənfəət əldə edib. Bu da 2022-ci illə müqayisədə 17,65 faiz çoxdur. Hazırda Azərbaycanda 22 bank fəaliyyət göstərir. Maliyyə hesabatlarının təhlili göstərir ki, ölkədəki 22 bankdan 21-i ötən ili mənfəətlə başa vurub. Təkcə “Bank BTB” 3 milyon manata yaxın zərər edib. Dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankı mənfəətin həcminə görə lider olub. Beynəlxalq Bank ili 322.2 milyon manat mənfəətlə baş vurub. Dövlətə məxsus digər bankın – “AzərTürkBank”ın da mənfəəti nəzərə alınsa, ötən il dövlət bankları toplam 336.3 milyon manat qazanc əldə edib. Bununla da bank sektorunun toplam mənfəətinin təxminən 31.2 faizi dövlətə çatıb. 2022-ci illə müqayisədə dövlət banklarının mənfəəti 75 milyon manat artıb. Mənfəətin həcminə görə ikinci, üçüncü və dördüncü yeri tutan üç bankın da gəliri az olmayıb. Onlardan “Kapital Bank” ili 242.2 milyon manat, “Paşa Bank” 199.2 milyon manat, “Xalq Bank” 52 milyon manat qazanc götürüb.  Bu  banklar ötən il 493.5 milyon manat mənfəət əldə edib. Bu, 2022-ci illə müqayisədə 110 milyon manat artım deməkdir. Ötən il ölkənin bank sektorunun toplam mənfəətinin 46 faizi bu banklara çatıb. Rəsmi rəqəmlərdən görünür ki, ötən il həm əhalinin, həm də biznes subyektlərinin banklara olan borcu artıb. Əgər 2023-cü il başlayarkən əhalinin banklara olan toplam borcu 5.7 milyard manat idisə, ilin sonunda bu göstərici 6.9 milyard manata yüksəlib, yəni il ərzində əhalinin banklara olan borcu 1.2 milyard manat və ya 21 faiz artıb.İl ərzində biznes subyektlərinin banklara olan borcu isə 10.8 milyard manatdan 12.6 milyarda yüksəlib. Bu, il ərzində biznes kreditləri portfelinin 1.8 milyard manat və ya 17 faiz artması deməkdir. İpoteka kreditləri də nəzərə alınsa, bankların kredit portfeli ötən il ərzində 19.6 milyard manatdan 23.2 milyard manata yüksəlib.

Rəsmi rəqəmlərdən görünür ki, əhalinin bank depozitlərinin həcmi kreditlərin artım tempi ilə müqayisədə daha az artıb. Ötən il ərzində əhalinin banklardakı müddətli depozitlərinin həcmi 6 milyard 204 milyon manatdan 6 milyard 882 milyon manata yüksəlib. Bu, il ərzində 11 faiz artım deməkdir. Əhalinin tələbli depozitləri, yəni müddətli əmanət yerləşdirmədən hesablarında olan pulun həcmi isə “Azadlıq” radiosnun məlumatına əsasən, 2023-cü il ərzində 5 milyard 279 milyon manatdan 5 milyard 700 milyon manata yüksəlib. Bu, il ərzində 8 faiz artım deməkdir. 2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsinin başlaması Azərbaycan banklarında qeyri-rezidentlərə məxsus əmanətləri kəskin artırmışdı. Mərkəzi Bankın açıqladığı rəqəmlərdən görünür ki, ötən il bu proses nisbətən səngiyib. Müharibədən sonra, özəlliklə Rusiyada fəaliyyət göstərən Azərbaycanəsilli şəxslər öz kapitallarını Azərbaycana gətirməyə başlamışdı. Əgər müharibə başlamadan – 2022-ci il yanvarın sonunda qeyri-rezidentlərin Azərbaycan banklarında vəsaitlərinin həcmi 294 milyon manat idisə, ilin sonunda bu rəqəm artıq 1 milyard 174 milyon manata çatmış, altı dəfəyə yaxın artmışdı. 2023-cü ilin sonunda qeyri-rezidentlərin Azərbaycan banklarındakı vəsaitlərinin həcmi 1 milyard 243 milyon manat olub. Bu, 2022-ci illə müqayisədə yüksək göstərici olsa da, 2023-cü ilin ortası ilə müqayisədə daha aşağı rəqəmdir. Qeyri-rezidentlərin Azərbaycan banklarındakı vəsaitlərinin həcmi öz pikini ötən ilin iyulunda yaşamışdı. Həmin vaxt qeyri-rezident əmanətlərinin toplam həcmi ilin sonu ilə müqayisədə təxminən 100 milyon manat daha yüksək - 1 milyard 344 milyon manat idi. 2020-ci ildən bəri Azərbaycanda bank kartlarının sayında və nağdsız ödənişlərin həcmində kəskin artım gözə çarpır. Bu artım trendi 2023-cü ildə də davam edib. Ötən il ərzində Azərbaycandakı bank kartlarının sayı 13.8 milyondan 16.9 milyon ədədə çatıb, yəni 3.1 milyon ədəd və ya 22 faiz artıb. Sırf kredit kartlarına gəlincə, ölkədə kredit kartlarının sayı 1.8 milyondan 2.2 milyona yüksəlib. Deməli, onların sayı 22 faiz artıb. Nağdsız ödənişlərin həcmi baxımından POS-terminal ödənişlərin həcmi daha aydın mənzərə yaradır. Ötən il Azərbaycanda POS-terminallar vasitəsi ilə 9.7 milyard manatlıq ödəniş gerçəkləşdirilib. 2022-ci ildə bu göstərici 5.8 milyard manat idi. Deməli, ötən il ölkədə POS-terminallar vasitəsi ilə baş tutan dövriyyənin həcmi 4 milyard manata yaxın – 67 faiz yüksəlib. 2019-cu illə müqayisədə POS-terminal ödənişlərinin həcmindəki artım yeddi dəfədən çoxdur. Mərkəzi Bankın məlumatlarına görə, ötən il Azərbaycanın bank sektorunun kredit portfeli milli valyuta ekvivalentində daha çox artıb.

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031