UAK da İlham Əliyevin Prezidentliyə namizədliyini dəstəklədi - BƏYANAT
Ukrayna Azərbaycan Konqresi İlham Əliyevin prezidentliyə namizədliyini bütünlüklə dəstəkləyir. Bu barədə Ukrayna Azərbaycan Konqresinin bəyanatında deyilir.
Qeyd olunub ki, Prezident İlham Əliyev müasir dünya siyasətində mühüm fiqurlardan biridir.
Bundan başqa, bəyanatda deyilir ki, Prezident İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bu gün Azərbaycan beynəlxalq əhəmiyyətli strateji, enerji, nəqliyyat, logistika və kommunikasiya qovşağına çevrilməklə qlobal investorların diqqətini cəlb edir.
"Hazırda Orta Dəhlizin funksionallığının artırılmasında mühüm rol oynayan Bakı-Tbilisi-Qars" (BTQ) dəmir yolu xətti 2017-ci ildə məhz Azərbaycanın moderatorluğu ilə inşa olunub və istifadəyə verilib.
44 günlük 2-ci Qarabağ müharibəsindəki möhtəşəm qələbə və 24 saatlıq lokal xarakterli antiterror əməliyyatlarının uğurlu nəticələri Ermənistanın 30 ildən çox müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərinə Böyük Qayıdış üçün əsas yaradıb.
Ordu quruculuğu, Silahlı Qüvvələrin ən müasir silahlar, döyüş sursatları, hərbi texnika və texnologiya ilə təchiz edilməsi kimi ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə yönəlmiş kompleks tədbirlərin əsasında güclü iqtisadiyyat dayanır.
Həmçinin, demokratik dəyərlərin inkişafı qeyd olunmalıdır, əsrlər boyu çox sayda etnik qrupların və milli azlıqların yaşadığı Azərbaycanda multikulturalizm məsələlərinə xüsusi diqqət yetirilir.
Azərbaycan ərazisində yaşayan ukraynalılar daima öz ölkələrinə sadiq olub və onu özlərinin ikinci Vətəni hesab ediblər. Biz ölkənin bütün sahələrdə inkişafında daima iştirak edirik, 1-ci və 2-ci Qarabağ müharibələrində laqeyd qala bilmədik.
Yuxarıda qeyd olunanları nəzərə alaraq qeyd etmək istəyirik ki, Ukrayna Azərbaycan Konqresi 2024-cü il 7 fevral seçkilərində İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyini bütünlüklə dəstəkləyir", - bəyanatda deyilir.