KÖHNƏ VERSİYA            

Erməni “Lazarev klubu”nun ardınca molla kanalları da Rəsulzadəyə hürməyə başladılar...

Image

“Rəsulzadəni kimlərinsə farsçılığa bağlamaq cəhdləri qətiyyən yolverilməzdir, o bir Turançı, Azərbaycançıdır” 

Azərbaycan Cumhuriyyətinin qurucusu, Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi ilə bağlı Prezidentin imzaladığı Sərəncam qonşularımızı ciddi narahat etməyə başlayıb. 

Son günlər Ermənistan mediası, oradakı qondarma qurumlar, eləcə də Rusiyada fəaliyyət göstərən ermənipərəst “Lazarev klubu” M.Ə.Rəsulzadəyə qarşı hücuma başlayıb. Artıq molla rejiminin bəzi informasiya resursları da bu çirkin kampaniyaya qoşulublar. Molla rejiminin siyasətini yürüdən “Azərbaycan tarixi” adlı Telegram kanalı Rəsulzadəni “İrançı” kimi qələmə verməyə başlayıb. Sözügedən üzdəniraq kanal Rəsulzadənin “vəsiyyətnaməsini” yayıb. 

İddia edirlər ki, guya Rəsulzadə əsərlərində "Siyasi nəzəriyyələriniz iranlılıq çərçivəsindən kənara çıxmamalıdır", "Mömin gərək vəsiyyətsiz ölməsin, odur ki, möhtərəm oxucular, mən ''Niş”də vəsiyyət edirəm...Elə hamımız bir yerə toplaşıb bir azad İran məmləkəti yaradaq, rus və ingilisi də yaddan çıxarmayaq!" fikirlərini qeyd edib. Guya bu "vəsiyyətnamə" Rəsulzadənin əsərlərinin ikinci cildində öz əksini tapıb (İkinci cild 1909-1914, S. 62 NİŞ, “İrani-nov” N206, 17 may 1910) 

Ermənilərdən, “Lazarev klubu”ndan sonra indi də molla rejimi Rəsulzadəyə çirkab atır. Bunların belə çirkin kampaniya yürütməkdə məqsədləri nədir? 

“Bu sərəncam fars şovinistlərinin, erməni və ermənipərəstlərin antirəsulzadə təbliğatının üstündən qara bir xətt çəkib” 

M.Rəsulzadənin sosial – fəlsəfi görüşlərini tədqiq edən və bu barədə kitablar yazan AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Faiq Ələkbərli molla rejiminin iddialarına cavab olaraq  “Bakı-Xəbər”ə bildirdi ki, bu irançılıq, iranlılıq məsələsinə dərindən yanaşmaq lazımdır. “Biz ancaq aysberqin görünən yox, görübməyən tərəflərini bilməliyik. Necə oldu ki, XIX əsrin əvvəllərindən etibarən bu İran, irançılıq məsələsi, paralel olaraq Turan və turançılıq məsələsi gündəmə gətirildi? Təbii ki, bunu gündəmə gətirən Avropa mərkəzçiləri idi. İngilislər, fransızlar, almanlar hərəsi öz maraqlarına uyğun olaraq bu anlayışlardan yararlanırdılar. Həmin dönəmdən etibarən də Qacarlar dövlətində, Çar Rusiyanın işğalı altında olan Azərbaycanda və digər bölgələrimizdə məhz bu anlayışlar - İran, irançılıq, Turan, turançılıq  geniş yayılmağa başladı. Görürük ki, Turan, turançılığın əsas ideoloqları Əli bəy Hüseynzadə, Hüseyn Cavid, Məhəmməd Əmin Rəsulzadə və başqalarıdır. Ancaq Azərbaycan türkləri arasında irançılığın da nümayəndələri vardı. Mirzə Fətəli Axundovun adını çəkə bilərik. Hətta Mirzə Əbdürrəhim  Talıbovda, ilk dövrlərdə Əhməd bəy Ağaoğlunda, müəyyən dərəcədə də Məhəmməd Əmin Rəsulzadədə bu hiss olunur. Bu nədən qaynaqlanır? Əslində, Mirzə Fətəli Axundov sonuna qədər müəyyən mənada irançılığın təsiri altında da qaldı. Amma Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə sonradan Əli bəy Hüseynzadənin turançılıq ideyasından daha möhkəm yapışdılar və bunu davam etdirdilər. Əhməd bəy Ağaoğlunun, Məhəmməd Əmin Rəsulzadənin irançılıq məsələsinə baxışında, əlbəttə, Avropa mərkəzçilərinin də təsiri vardı. Ancaq Rəsulzadə 1909-1911-ci illərdə Qacarlar dövlətində, özünün də yazdığı kimi, onlar İran və irançılıq məsələsinin əsl mahiyyətinə çox da varmırdılar ki, Avropa Mərkəzçiləri hansı məqsəd güdür, onların əslində niyyəti türk dövləti Qacarları devirib yerinə fars dövləti qurmaq idi. O zaman Rəsulzadə də, onun silahdaşları da, hətta Səttarxan özü də Qacarlar dövlətinin yeniləşməsinin, konstitutsiyalı olmasının tərəfdarı idi. Onlar istəyirdilər ki, konstitutsiyalı bir dövlət yaradılsın. Rəsulzadə özü “İran türkləri” əsərində  yazır ki, biz o zaman bu yöndə Tehranda, Təbrizdə bəzi işlər görərkən, xüsusən “Yeni İran” qəzeti çap edərkən millət, türklük, yaxud farslıq məsələsi ön planda deyildi, məqsəd sadəcə İran və iranlılıq adı altında Qacarlar dövlətinin yenişləməsi idi. Şübhəsiz, avropalılar İran və iranlılıq məsələsini farslara, Turan və turançılığı isə türklərə bağlayırdılar. Sonradan türklər Turan və turançılığı, farslar isə İran və irançılığı qəbul etdilər. Məhəmməd Əmin Rəsulzadə, əlbəttə, “Yeni İran” qəzetində yazdıqlarında yalnız Qacarlar dövlətinin yeniləşməsindən, demokratik bir dövlətə çevrilməsindən bəhs edirdi. Burada konkret olaraq türklük və farslıq məsələsi qoyulmurdu. Ümumiyyətlə, o zaman heç irançılıq farsçılıq mənasında da işlədilmirdi. Dediyim kimi, heç o dövrdə Qacarlar dövlətində millət söhbəti getmirdi. Bu baxımdan da Rəsulzadəni kimlərinsə farsçılığa bağlamaq cəhdləri qətiyyən yolverilməzdir, o bir Turançı, Azərbaycançıdır.   

Şübhəsiz, zaman-zaman ingilislər elə bir oyun oynadılar ki, o zamankı Qacarlar parlamenti də mahiyyətcə İran və irançılıq adı altında əslində farsizmə xidmət etməyə başladı. Aydındır ki, elə 1925-ci ildə də Qacarlar türk dövləti devrilib. Mənə elə gəlir ki, ingilislərin oynunun bir parçasına çevrilən farslar və bəzi azərbaycanlılar sonra elə irançılığa da davam etdilər. Amma Məhəmməd Əmin Rəsulzadə məsələnin əsl mahiyyətini İstanbulda olarkən daha dərindən incələyib öyrəndi. Bildi ki, Avropa mərkəzçilərinin məqsədi əslində onun ortaq yurd, ortaq vətən kimi gördüyü Qacarlar türk  dövlətini devirib “demokratiya”, “parlamentli quruluş” adı altında farslaşdırma siyasətini həyata keçirməkdir. Ona görə də, o öz əsərlərində yazırdı ki, bizim mücadiləmiz ortaq yurd, ortaq dövlət, ortaq vətən, Qacarlar dövlətində yaşayan bütün xalqların azadlığını, haqlarını, hüquqlarını orataya qoymaq üçün idi. Bundan sonra, şübhəsiz ki, Məhəmməd Əmin Rəsulzadə türkçülüyün, Turançılığın, Azərbaycançılığın ideoloquna çevrildi. Sonrakı proseslərdə İran, İrançılıq fars şovnizminə, farsizmə xidmət etməyə başladı... Rəsulzadə də bir türk övladı olaraq Turançılığı və Azərbaycançılığı qəbul etdi və yeni yaranan dövlətə də Azərbaycan adını ona görə verdi ki, məhz Turanın mərkəzi Azərbaycandır”.

F.Ələkbərlinin sözlərinə görə, Rəsulzadə “Əsrimizin Siyavuşu” əsərində də yazır ki, tarixən mövcud olmuş Turanın mərkəzi həmişə Azərbaycan olub, Turan deyilən yer elə Azərbaycandır, Azərbaycan Cumhuriyyəti də kiçik Turandır. 

Müsahibimiz qeyd etdi ki, o zaman türklər demokratik bir quruluş istəyində olsa da, ingilis və onların oyuncağı olan farsların məqsədi tamam başqa olub, onlar farsçılığa, fars şovinzminə xidmət ediblər. “Çox təəssüflər olsun ki, Qacarlar dövlətində Əhməd Kəsrəvi, Seyid Həsən Tağızadə və başqaları elə axıra qədər irançılığı qəbul etdilər və onun müdafiəçisinə çevrildilər.

Rəsulzadənin yazdıqlarını, görüşlərini, mücadiləsini heç bir halda farsçılığa, panfarsizmə xidmət anlamında qəbul etmək olmaz. İndinin özündə də bu iranlılıq məsələsi ciddi bir problemdir və bundan farslar çox böyük ustalıqla istifadə edirlər, türkləri, başqa xalqları iranlılıq adı altında məcburən farsçılığa, farsizmə xidmət etdirməyə çalışırlar. Ancaq bu uzun sürməyəcək, keçmiş Qacarlar dövlətində olan xalqlar da oyanacaq. Türklər də yaxşı bilir ki, bizim yolumuz Turandır, Azərbaycandır.

Onu da deyim ki, Rəsulzadə Qacarlar dövlətinə getmişdi, o da bir türk dövləti idi, məqsəd də dövləti yeniləmək, demokratikləşdirmək, burada yaşayan bütün xalqların rifahı naminə fəaliyyət olub.

O ki qaldı Rəsulzadəyə qarşı fars-molla rejiminin, ermənilərin və ermənipərəstlərin hücumlarına, bunun heç bir faydası olmayacaq. Bu qüvvələr Azərbaycanın möhtəşəm qələbəsini heç cür həzm edə bilmədikləri üçün birləşiblər. Azərbaycan dövlətinin özünü Azərbaycan Xalq Cumhuriyyətinin varisi elan etməsindən də ciddi əndişə keçirirlər. Bizim tariximizə, tarixi şəxsiyyətlərimizə sahib çıxmağımızdan o qədər narahat olublar ki, Rəsulzadə ilə bağlı həqiqətə uyğun olmayan iddialar irəli sürürlər. Rəsulzadə Azərbaycan xalqının, türk dünyasının oğludur. Onun 140 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinin sərəncam imzalaması düşmənlərimizi ciddi şəkildə sarsıdıb. Bu sərəncam fars şovinistlərinin, erməni və ermənipərəstlərin antirəsulzadə təbliğatının üstündən qara bir xətt çəkib. Onları qorxudan xalqımızın birliyi, öz tarixinə, dövlətçilik irsinə sahib çıxmasıdır”-deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031