Öz partiya üzvləri Co Baydenin seçkilərdə qələbə qazanacağına inanmırlar
hazırkı ABŞ Prezidenti Co Baydenin nüfuzu sürətlə aşağı düşməkdədir. Bu prosesin daha bir göstəricisi barədə yeni məlumat yayılıb. Belə ki, Demokratik Partiyanın üzvləri bu ilin noyabrında ABŞ-da keçiriləcək seçkilərdə ölkənin hazırkı Prezidenti Co Baydenin qalib gəlmək şansını aşağı hesab edirlər. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin məlumatından aydın olur ki, partiyanın bəzi üzvləri Baydenin ikinci müddətə ABŞ prezidenti seçilmək şansından narahatdırlar. Narahatlıq onun yaşı (81), yüksək qiymətlər və administrasiyanın İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyi səbəbindən səs itirməsidir. Agentliyin söhbət etdiyi demokrat konqres üzvləri ABŞ-ın hazırkı prezidentini autsayder hesab edirlər.
Mətləb Salahov