ABŞ İranın qarşısında geri çəkilir? – Vaşinqton Suriyadakı bütün əsgərlərini geri çəkir...
HƏMAS-ın silahlı qanadının oktyabrın 7-də İsrailə qarşı başlatdığı hücumdan sonra Təl-Əvivin Qəzza zolağında başlatdığı hərbi əməliyyatlar davam edir. İsrail-HƏMAS toqquşması bütün Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə səbəb olub.
İsraili dəstəkləyən ABŞ-ın Suriya və İraqdakı hərbi qüvvələri açıq şəkildə İranın bölgədə dəstəklədiyi silahlı qrupların hədəfinə çevrilib. Bu isə ABŞ administrasiyasını regiondakı hərbi prioritetlərinə yenidən baxmağa məcbur edib. İddialara görə, Vaşinqtonda Suriyadakı ABŞ əsgərlərinin geri çəkməsi ilə bağlı müzakirələr başlayıb.
Qeyd edilir ki, əsgərlərin Suriyadan çıxarıması ilə bağlı hələlik yekun qərarın verilməyib. Lakin Pentaqon və Dövlət Departamentindən dörd mənbə Ağ Evin artıq lazımsız hesab etdiyi missiyanı davam etdirməyə vəsait ayırmadığını bildirib.
Bildirilir ki, hazırda geri çəkilmənin necə və nə vaxt başlanacağını müəyyən etmək üçün aktiv müzakirələr aparılır.
ABŞ hökuməti daxilində bəzi şəxslərin Suriya Demokratik Qüvvələri ilə Suriya rejimi arasında ortaqlığın qurulmasını və beləliklə də ABŞ-ın ölkədən çəkilməsinə zəmin yaradılmasını istədiyi iddia edilir.
TAHİR