KÖHNƏ VERSİYA            

Azərbaycan-Ermənistan normallaşmasında Avroittifaqın rolu məhv oldu...

Image

Artıq heç kimə sirr deyil ki, demokratiya, multikulturalizm  Qərbdə, xüsusən də Avropada deqradasiyaya uğramaqdadır. Bunu hətta Avropada da getdikcə daha çox sayda insan etiraf edir. 

Məsələn, Avropa Parlamentinin üzvləri bütün Avropa İttifaqında demokratiyanın, qanunun aliliyinin və fundamental hüquqların dağılmasından dərin narahatdırlar. Bu barədə Vətəndaş Azadlıqları Komitəsinin təsdiq etdiyi “2023-cü ildə qanunun aliliyinin vəziyyəti” haqqında hesabat layihəsində deyilir.

Sənəddə Avropa Parlamentinin deputatları ciddi problemlərin aşkarlandığı konkret Avropa İttifaqı ölkələrini də tənqid ediblər. Məsələn, Fransada niderlandlı müxbirin saxlanması və onun telefonlarının qanunsuz dinlənməsindən sonrakı problem konkret nümunə kimi təqdim edilir. Deputatlar, həmçinin, tez-tez insan alverinin qurbanı olan qaçqın və miqrantların dənizdə həlak olmasından təəssüflənirlər. Bununla əlaqədar olaraq, Avropa Parlamentinin deputatları quruma üzv dövlətlərə beynəlxalq hüquq çərçivəsində çətin vəziyyətdə olan insanlara yardım göstərmək öhdəliyini xatırladırlar. Təbii ki, qeyd edilənlər Avropa İttifaqına  etimadı sarsıdır, onun dünya miqyasında nüfuzuna ciddi xələl gətirir. Belə şəraitdə Avropa İttifaqının Azərbaycan və Emənistan arasında vasitəçiliyi də ciddi sual altına düşür. Xüsusən də o fonda ki, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin Azərbaycana qarşı böhtan dolu açıqlamaları davam edir. Bu açıqlamalarla Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında normallaşma prosesində bitərəf mövqe nümayiş etdirmədiyini bir daha sübut edir. Ən azından o baxımdan ki, otuz ilə yaxın müddətdə Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması faktını bir dəfə də dilinə gətirməyən qurumun nümayəndəsinin Azərbaycana qarşı davamlı olaraq qərəzli mövqedən çıxış etməsi qurumun  Azərbaycanla Ermənistan arasında sülh prosesində vasitəçilik missiyası üçün heç bir şans qalmamasına gətirib çıxarır. Bunu  rus tarixçi-qafqazşünas, ekspert Oleq Kuznetsov da xüsusi olaraq vurğulayır. O hesab edir ki, Jozep Borrelin Cənubi Qafqaz regionunda vəziyyətlə bağlı mövqeyi birtərəfli və qərəzlidir, hətta onu qeyri-adekvat da adlandırmaq olar: “Cənab Borrelin Ermənistanın ərazi bütövlüyü haqqında fikirləri anlaşılmazdır, bu məsələ öz həllindən uzaqdır və nizamlanmayıb. Ermənistanın dörd qonşusundan yalnız biri - Türkiyə ilə sərhəd məsələsi həll olunub və bu, 1921-ci il Qars müqaviləsində öz əksini tapıb. İrəvan digər iki qonşusuna - Azərbaycana və Gürcüstana qarşı onilliklər ərzində daim ərazi iddiaları irəli sürüb, onlarla sərhəd xətti müəyyən olunmayıb və qeydə alınmayıb. Ona görə də bu ölkənin ərazi bütövlüyünün nədən ibarət olduğu müəyyən edilməyib və nizama salınmayıb. Borrelin rəhbərlik etdiyi Avropa diplomatiyası beynəlxalq hüquq reallıqlarından, həmin şərtlərin olmadığı halda isə tərəflərin öz ziddiyyətlərini sülh yolu ilə həll etmək istəyindən çıxış etməlidir. O, əvvəlcə etiraf etməlidir ki, Ermənistanın ərazi bütövlüyü təkcə Azərbaycanla deyil, həm də Gürcüstanla razılaşmalardan asılıdır və bu məsələyə təkcə Ermənistanın qonşularından birinin tərəfinə diqqət yetirməklə deyil, kompleks şəkildə yanaşmaq lazımdır. Məhz bu cür mövqe ölçülüb-biçilmiş və adekvat olacaq, cənab Borrelin indi bizə nümayiş etdirdiyi yanaşma deyil. Amma hələ ki, onun mövqeyi birtərəfli və qərəzlidir, hətta onu qeyri-adekvat da adlandırmaq olar”.

Ekspertin sözlərinə görə, Borrelin Ermənistana münasibətdə qeyri-dostcasına addımlar atılacağı təqdirdə rəsmi Bakının ünvanına səsləndirdiyi təhdid onun qeyri-adekvat olduğunu göstərir: “O, birmənalı olaraq belə bir obyektiv reallığı etiraf etmək istəmir ki, Azərbaycan və Ermənistan faktiki olaraq hələ də müharibə vəziyyətindədir, onların arasında hətta atəşkəs də yoxdur, yalnız atəşkəs razılaşması var. Nəticə etibarilə həm de-yure, həm də faktiki olaraq iki ölkə bir-biri ilə nə dost, nə də yaxşı qonşudur və bu gün onlar yalnız son üç onillikdə içində olduqları silahlı qarşıdurmadan çıxış yolu axtarırlar. Və cənab Borrel sülh və harmoniya axtarışında tərəflərin səylərini təşviq etmək əvəzinə, öz bəyanatları ilə bu səyləri baltalayır, başlayan dialoqun tərəflərindən birinə təzyiq göstərməyə çalışır. Vicdanlı və məsuliyyətli siyasətçilər bu cür hərəkət etməməlidir, lakin nə onun özünün, nə də beynəlxalq aləmdə təmsil etdiyi Avropa ittifaqının belə bir reputasiyası var. Obyektivlik, dürüstlük və qərəzsizlik ona xas xüsusiyyətlər deyil”. Ümumilikdə, Kuznetsovun fikrincə, Avropa diplomatiyasının başçısının dünənki bəyanatında prinsipcə heç bir yenilik və ya əvvəllər deyilməyən fikir yoxdur. Bu xüsusda o, AzərTAc-a açıqlamasında deyib: “Borrelin bəyanatlarının onun özünün də parlaq nümayəndəsi olduğu Avropa İttifaqının transmilli bürokratiyasının maraqlarına tamamilə zidd olması sadəcə təəccüb doğurardı. Borrelin yerində olsaydım, Azərbaycanı təhdid etməzdim və Ermənistanın baş naziri Nikol Paşinyanın ölkədə ona “Qarabağ irsi” korbağırsağından qurtulmağa imkan verəcək və orada yenidən yaradılan Dördüncü respublikanı təkrarən sivil ölkələr sırasına daxil edəcək konstitusiya islahatı təşəbbüsünü hər cür dəstəkləyərdim. Diplomatın səriştəsi və peşəkarlığı real təzahürü hələ baş verməmiş və ehtimal olunan mənfi hallara diqqətin cəmlənməsində deyil, əslində yaxşı işlərdən ibarət olan məhz belə məsələlərdə özünü büruzə verir. Hərçənd, Avropa “bağ”ından kənarda yalnız cəngəllik görən insan üçün dünyaya belə bir baxış alışılan və təbiidir, elə onun problemi də bundan ibarətdir. Qarşıdurma və təcavüz bunkerində gizlənərək özünü günəşi və səmanı görmək imkanından məhrum edən insan üçün dünyada yaşamaq çətindir”. Gürcü politoloq Valeri Çeçelaşvili “Caucasus News” kanalına müsahibəsində bildirir ki, Avropa İttifaqının Azərbaycana ehtiyacı var:  “Avropa İttifaqı Azərbaycanla əlaqələri inkişaf etdirməsə, Mərkəzi Asiya ölkələri ilə münasibətləri necə inkişaf etdirəcək? Təsəvvür etmək çox çətindir. Çünki bunun başqa yolu yoxdur. Cənubi Qafqazın əsas nəqliyyat-kommunikasiya dəhlizi olan Xəzər və Qara dənizlər arasında olan bu dar məkan Mərkəzi Asiyanı Avropa İttifaqı ilə, ümumilikdə Avropa ilə birləşdirir”.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031