KÖHNƏ VERSİYA            

Ermənistandan etiraf - Azərbaycan haqlıdır...

Image

“Ermənistanda hər hansı bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır. Çünki biz bilirik Ermənistanda nə baş verir. Həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox “müşavirləri” var”. 

Bu fikirləri Prezident İlham Əliyev hələ ötən il dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda səsləndirib.

Bununla yanaşı, dövlət başçısı qeyd edib: “İstərdik ki, iki ölkə arasında, ümumiyyətlə müharibə olmasın, bununla bağlı qarantiya olsun”. Belə görünür ki, Azərbaycanın bu yanaşmasını artıq Ermənistanda da qəbul edirlər. Elə baş nazir Nikol Paşinyan da vurğulayır ki, Ermənistan Azərbaycana gələcəkdə heç bir ərazi iddialarının olmayacağına dair yazılı qaydada rəsmi qarantiyalar verməyə hazırdır. Paşinyan Vayotzor vilayətində öz partiyasının vəzifəliləri qarşısında etdiyi çıxışında bu xüsusda deyib: “Biz Azərbaycandan qarantiyalar gözləyirik ki, sətir arasında Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları üçün heç bir zəmin saxlanmasın. Biz belə qarantiyalar istəyirik. Amma mən deməliyəm ki, biz də belə qarantiyaları verməyə hazırıq. Bu qarşılıqlı hərəkət olmalıdır. Bu bizim üçün və ya onlar üçün birtərəfli akt ola bilməz”. Azərbaycan onsuz da Ermənistana qarşı hər hansı ərazi iddiası irəli sürmür. İndi Ermənistan da eyni addımı atmalıdır. Elə bu fonda hesab edilir ki, Nikol Paşinyanın ölkə konstitusiyasını dəyişmək niyyəti də bundan qaynaqlanır. Xatırladaq ki, Paşinyan yeni geosiyasi şəraitdə Ermənistana yeni konstitusiya lazım olmasına dair bəyanat verib. “Azatutyun” radiosunun yazdığına görə, belə görünür ki, Paşinyan 1995-ci ildə qəbul edilmiş konstitusiyanın preambulundan xilas olmaq istəyir. Preambulda Ermənistanın 1990-cı ildə qəbul etdiyi müstəqillik bəyannaməsinə istinad edilir. Bu sənəddə isə öz növbəsində Sovet Ermənistanı və ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin qanunvericilik orqanlarının iki ərazinin birləşdirilməsinə dair qərarı yer alıb. Preambulda həm də ermənilərin 1915-ci ildə Osmanlı imperiyasında üzləşdiklərinin beynəlxalq aləmdə “soyqırım” kimi tanınmasına çağırış edilir. İndi Paşinyan bunlardan xilas olmağa çalışır. Çünki bu halda Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşa bilər. Ermənistanın “7or.am” nəşri yazır ki, Paşinyan ölkənin Azərbaycan və Türkiyəyə çox ehtiyac duyduğunu başa düşür: “Təbii ki, o, kürsü problemindən də narahatdır. O kürsünün saxlanılması birbaşa Ermənistanın təhlükəsizlik mühiti ilə bağlıdır. “Biz Azərbaycandan zəmanət gözləyirik və zəmanət verməyə hazırıq”, - deyə Nikol Paşinyan öz partiyasının üzvləri ilə görüşdə bildirib. Beləliklə, baş nazir deyir ki, Türkiyə və Azərbaycanın ilkin şərtlərini yerinə yetirməyə hazırdır. Bunun qarşılığında o, öz kürsüsünün saxlanılması üçün zəmanətlər gözləyir. Nikol Ermənistan konstitusiyasını dəyişməyə hazır olması ilə İlham Əliyevə “qarşılıq verir”. Bu, İlham Əliyevin tələbidir. Özü də həmin tələbi yerinə yetirməyə hazır olduğunu deyir. Nikol bunu Azərbaycana sülhə nail olmaq üçün əlavə təminatların verilməsi prosesi kimi təqdim edir”.

Amma bütün bunlara revanşist qüvvələr ciddi narahatlıqla yanaşır. Keçmiş prezident Robert Köçəryanın “Hayastan” fraksiyasından beş deputat artıq konstitusiyanın dəyişdirilməsi təklifini pisləyən birgə bəyanat qəbul edib. Bəyanatda deyilir ki, Paşinyan konstitusiyanı dəyişdirməklə öz məqsədlərini həyata keçirmək istəyir: “Paşinyan Üçüncü Ermənistan Respublikasının sütunlarından biri üzərinə hücuma hazırlaşır ki, Türkiyə-Azərbaycan tələblərindən daha birini qəbul edə bilsin”. Beş deputatdan biri olan Kristine Vartanyan bildirir: “Ermənistanın yeni konstitusiyası ondan daha hansı ərazi dəyişikliyi tələb edəcək? Ən böyük dəyişiklik Azərbaycanın Qarabağ üzərində nəzarətinin bərpa olunmasıdır. Paşinyan bizə açıq şəkildə deyir ki, bizim konstitusiyamız bu reallığı əks etdirməlidir”. Halbuki, Paşinyan Azərbaycanın Qarabağ üzərində suverenliyini hələ Bakı bu bölgə üzərində nəzarətini bərpa etmədiyi vaxtlarda tanımışdı. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə konstitusiyanın dəyişdirilməsinin başqa səbəblərindən də bəhs edir. Onun sözlərinə görə, konstitusiya dəyişikliyi məsələsi həm də xarici əlaqələrlə bağlıdır. Mirzoyan qeyd edib ki, konstitusiya dəyişikliyi ilk növbədə daxili əhəmiyyətli sənəddir. Konstitusiya hüququ üzrə erməni ekspert Vardan Poğosyan isə məsələni başqa prizmadan şərh etməyə çalışır: “Nikol Paşinyan Türkiyə-Azərbaycan tandeminə müqavimət göstərə bilmir və qəti təslim olmağa qərar verib”. Onun sözlərinə görə, mövcud konstitusiya ölkənin əsas qanununu dəyişdirməklə, onu bir zərbə ilə aradan qaldırmaq istəyən Paşinyan üçün əngəldir: “Konstitusiyanın birinci bəndi artıq Paşinyanın məqsədlərinin reallaşmasına maneədir. Paşinyana mane olan başqa müddəalar da var, o cümlədən Ermənistan ərazisinin dəyişdirilməsi məsələsi mövcuddur. O, həmçinin, konstitusiyanın ermənilərin müdafiəsində Erməni Apostol Kilsəsinin müstəsna roluna istinad edən 18-ci maddəsini ləğv etməyə çalışacaq. O, yəqin ki, Ağrı dağı və Nuhun gəmisinə aid olan gerbin təsvirini də (21-ci maddə) aradan qaldırmağa çalışacaq. Gerbə Alagöz dağının təsvirini qoyacaq, Ağrı dağını götürəcək və bunu gizlətmir”. Poğosyan bildirib ki, Paşinyan yeni konstitusiya ilə Türkiyə və Azərbaycanın diqtəsini yerinə yetirir. Konstitusiya məsələləri üzrə digər erməni ekspert Qohar Meloyanın sözlərinə görə, Ermənistan ictimaiyyəti bu yeni prosesi yaxından izləməli və başa düşməlidir ki, niyə hakim qüvvə konstitusiya dəyişiklikləri gündəmini deyil, yeni konstitusiya gündəmini hazırlayır: “Bir konstitusiya məsələləri üzrə ekspert və hüquqşünas kimi mən düşünmürəm ki, ölkəmizin üzləşdiyi ən ciddi təhlükəsizlik problemlərinin və ya digər ciddi problemlərin həlli, fikrimcə, hər kəsə açıq olan konstitusiyaya dəyişiklik etməklə əldə edilə bilər”.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031