"Paşinyan Azərbaycanın tələblərini yerinə yetirir" - revanşistlər narahatdır...
Ermənistanın baş naziri Nikol Paşinyanın yeni Konstitusiyanın qəbul edilməsinin zəruriliyi barədə bəyanatı Azərbaycanın tələblərini yerinə yetirmək istəyindən irəli gəlir. Müxalif “Ermənistan” fraksiyasının deputatları belə hesab edirlər.
“Hazırkı danışıqlar prosesinin məntiqi və Azərbaycanın şərtlərinin yerinə yetirilməsi ilə bağlı ifadə etdiyimiz narahatlıqlar, təəssüf ki, Nikol Paşinyanın yeni Konstitusiyanın vacibliyi ilə bağlı verdiyi bəyanatlarla öz təsdiqini tapır”, - deyə deputatlar Gegham Manukyan, Anna Qriqoryan, Kristine Vardanyan və Artur Xaçatryanın çərşənbə günü yaydıqları bəyanatda bildirilir.
Deputat Manukyan mətbuata açıqlamasında bildirib ki, Ermənistan hakimiyyəti Konstitusiyanın giriş hissəsindən 1990-cı ildə qəbul edilmiş və Qarabağa istinadın yer aldığı Ermənistanın müstəqilliyi haqqında bəyannaməyə istinadı çıxarmaq niyyətindədir.