“Bu, Nikol Paşinyanın təşkil etdiyi növbəti uğursuz istehsaldır” – erməni deputat
Bu gün İrəvanda keçmiş Ermənistan prezidenti Serj Sarkisyanın işi üzrə məhkəmə prosesi keçirilib. Qarabağda azərbaycanlılara qarşı qanlı qətliamlar həyata keçirən S.Sarkisyan Nikol Paşinyan hakimiyyəti tərəfindən də müxtəlif cinayətlərdə ittiham olunur.
Məhkəmədən sonra erməni mətbuatına açıqlama verən deputat Tiqran Abramyan qeyd edib ki, bu məhkəmə prosesini izləyənlər bilirlər ki, əslində bu işin Serj Sarkisyanla heç bir əlaqəsi yoxdur. “Aydındır ki, əvvəlcə bu, siyasi məsələ idi, məqsədi Serj Sarkisyanı bu prosesə cəlb etmək və sonuncunun hansısa hadisələrlə bağlı olduğunu göstərmək idi.
Hakimiyyətin Serj Sarkisyanın bu işdə nəyinsə günahkar olduğunu sübut etmək cəhdləri, təbii ki, heç nə ilə əsaslandırıla bilməz. Bu, hakimiyyətin, şəxsən Nikol Paşinyanın təşkil etdiyi növbəti uğursuz istehsaldır. Bu, siyasi məqsədlər güdən uydurma işdir”.
Mətləb Salahov