Seçki bülletenlərinin çapına başlandı - 6 524 203 bülleten...
Azərbaycanda prezident seçkiləri ilə bağlı seçki bülletenlərinin Milli Məclisin mətbəəsində çapına başlanılıb. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və MSK üzvləri mətbəədə yaradılan şərait və proseslə tanış olublar.
M.Pənahov seçki bülletenlərinin çapı və aşağı seçki komissiyalarına verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə dəqiqliklə əməl edilməsi üçün tövsiyələr verib.
Fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar 6 524 203 seçki bülleteninin çap edilməsi nəzərdə tutulur. Secki-2024.az-ın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov deyib.
O bildirib ki, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər Seçki Məcəlləsinə əsasən MSK-nın qərarı ilə müəyyən olunub: “Seçki bülletenləri çap olunduqca qanunvericiliyin tələblərinə uyğun qaydada və müddətdə MSK-dan dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına veriləcək”.
ZÜMRÜD