İnvestorlar Naxçıvana və Şərqi Zəngəzura səfər edəcəklər
"Azərbaycan Françayzinq Assosiasiyası" (AFA) İctimai Birliyi yanvarın 25-29-da 30 xarici və yerli istehsalçının, eləcə də investorun Naxçıvan Muxtar Respublikasına və Şərqi Zəngəzur iqtisadi rayonuna səfərini təşkil edəcək. Səfər çərçivəsində istehsalçı və investorlar azad iqtisadi zonalara baxış keçirəcək, istehsal müəssisələri qurmaq imkanlarını araşdıracaq və bu istiqamətdə müvafiq icra hakimiyyəti orqanları ilə müzakirələr aparacaq.
Çinin "Energy China", Türkiyənin "İhlas Holding", "Özgün İnşaat", "Suiş Proje" kimi şirkətləri ölkəmizin investisiya imkanları, "yaşıl enerji" potensialı, inşaat layihələri, mədənçilik kimi sahələrə maraq göstərir. Səfərin əsas hədəfi ölkəyə investisiyaların cəlbi və assosiasiyanın vasitəçiliyi ilə bölgələrdə yeni istehsal müəssisələrinin qurulmasına vəsilə olmaqdır.
Mətləb Salahov