Prezident Rəqabət Məcəlləsini təsdiqlədi
Prezident İlham Əliyev Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında qanunu təsdiqləyib.
Bu qanunla Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi təsdiq edilib.
Rəqabət Məcəlləsi 12 fəsil 84 maddədən ibarətdir.
Rəqabət Məcəlləsi ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir.
Bu Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minir.