KÖHNƏ VERSİYA            

Ermənilər anti-Rəsulzadə kampaniyasına oyuncaq "Lazarev klubu"nu da qoşdular...

Image

Bəxtiyar Həsənov: “Bu klubun “bəyanatının” nə hüquqi, nə də siyasi baxımdan heç bir əhəmiyyəti yoxdur, quru iddiadan başqa bir şey deyil”

Qatı ermənipərəstliyi ilə seçilən “Lazarev klubu” antiazərbaycan mövqeyini bu gün də davam etdirir. Xüsusən də Azərbaycanın qazandığı möhtəşəm qələbədən sonra ermənipərəst təşkilat susmaq bilmir, kin və nifrətini püskürmək üçün meydan axtarır. 

Hər şeydən əli üzülən “Lazarev klubu” indi Azərbaycan Milli Şurasının sədri, Azərbaycan Xalq Cumhuriyyətinin qurcusu Məhəmməd Əmin Rəsulzadəni hədəfə alıb. Azərbaycan Prezidenti İlham Əliyevin  M.Ə.Rəsulzadənin 140 illiyinin keçirilməsi ilə bağlı sərəncamı nəinki Ermənistanın, hətta Rusiyadakı erməniyanlıların da yuxusunu qarışdırıb, gözlərindən yuxunu ərşə çəkib. 

Erməni mediası qondarma “Beynəlxalq Rusiya-Ermənistan “Lazarev Klubu” Şurasının və MDB Ölkələri İnstitutunun (Moskva) üzdəniraq bir bəyanatını yayıb. Antirəsulzadə ruhunda hazırlanan bu kağız parçasında Hitler nökəri, ona qul kimi qulluq edən Q.Njdeni tərifləyib “göyə qaldırıblar”, Hitlerlə heç bir əməkdaşlığı olmayan Rəsulzadəyə isə ona yaraşmayan ləkələr atıblar. 

Azərbaycan Prezidentinin Rəsulzadənin 140 illiyi ilə bağlı verdiyi sərəncamı öz aləmlərində “tənqid” edən üzdəniraq klub Cumhuriyyət liderinə qarşı əsassız iddialar irəli sürüblər. Başdan-başa qərəz və tarixi faktları saxtalaşdırmadan ibarət olan kağız parçasında xalqımızın, dövlətimizin Rəsulzadəyə ehtiramını qaralamağa çalışırlar. Yazırlar ki, 

Rusiya imperiyasının və Sovet İttifaqının qatı düşməni olan Rəsulzadə Türkiyədə Pilsudski, Hitler və müharibədən sonrakı amerikapərəst “SSRİ Əsir Xalqlarının Azadlığı Komitəsi” ilə ardıcıl əməkdaşlıq “edib”. “Rəsulzadə “ata” elan edilir. Azərbaycanda onun abidələri çoxalır, ona sitayiş edilir və yubileyi illərdir dövlət səviyyəsində qeyd olunur”-deyə bildirən qondarma təşkilat Rəsulzadəyə  min bir iftira atır. 

Rəsulzadənin nasistlərlə əməkdaşlıq etmədiyini, Azərbaycan legionunun yaradılması səbəblərini bilə-bilə yenə də saxlaşdırmadan əl çəkmək istəməyən ermənipərəst dəstənin dərdi aydın olur. Əslində, məqsədləri Rəsulzadəni bəhanə edərək Qarabağdan könüllü köçüb getmiş ermənilərlə bağlı şou yaratmaq və Azərbaycanın möhtəşəm qələbəsini həzm edə bilmədiklərini, bundan rahatsız olduqlarını ifadə etməkdir. 

“Onları qıcıqlandıran odur ki, Prezident Rəsulzadənin 140 illiyi ilə bağlı verdiyi sərəncamla bir daha dünyaya mesaj verdi ki, biz Azərbaycan Xalq Cumhuriyyətinin varisiyik...” 

AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, “Lazarev klubu”nun ermənipərəstliyi bəllidir. “Bu klub 2018-ci ildə Rusiyada fəaliyyətə başlayıb. Düzdür, bu kluba Rusiya Dövlət Dumasının deputatı Zatulin rəhbərlik etsə də, şuranın bütün üzvləri ermənilərdən ibarətdir. Ambarsumyan, Karapetyan, hətta Zori Balayan oradadır. Ora Rusiyada böyük şirkətlərin milliyyətcə erməni direktorları, radio şirkətlərinin redaktorları,   orada yaşayan bir çox üzdə olan ermənilər toplaşıb. “Lazarev klubu”nu yaradanlar da XVIII əsrdə İrandan köçürülən Lazaryan Nəzəroviçin törəmələridir. Çünki ilk dəfə Rusiya ərazisinə o gəlib, Yekaterinanın qəbulunda olub, baş zərgər statusuna qədər yüksəlib. Hətta Rusiyada  onun oğluna bir müddət sonra “Şərq məsələləri üzrə” müşavir də deyiblər. Onlar imkanlı olublar və Rusiyanın elitar təbəqəsinin çoxunu rüşvətlə ələ alıblar, çoxlu sayda ermənini orada müxtəlif vəzifələrə yerləşdiriblər. Onun vasitəsilə erməniləri Rusiya ərazisinə köçürməklə bağlı siyasətlərini həyata keçirmək istəyiblər.  Bu Lazarevlər ailəsi ermənilərin Qafqaza köçürülməsi layihəsinin müəlliflərindən biridir. Bunlar daim bizim əleyhimizə iş aparırlar. Onlar hər müharibədə ermənilərin Qafqaza köçürülməsinə, yeni ərazilər əldə etməsinə nail olurdular. Hətta Rostov ərazisində əsassız olaraq “Yeni Naxçıvan” yaratdılar. Bu da onların layihəsinin tərkib hissəsi idi ki, erməniləri ora yerləşdirirdilər. Naxçıvan adı da bizim Naxçıvana ərazi iddiaları ilə bağlıdır.

Bu üzdəniraq klub mütəmadi olaraq bizə qarşı ərazi iddiası ilə çıxış edir, Azərbaycanın əleyhinə olan məsələləri gündəmə gətirir. Aydındır ki, onun  tərkibində Zori Balayan kimi qatı millətçilərdən biri də var. Xocalıda və Qarabağın başqa ərazilərində qatı cinayətlər törədənlərdən də o klubda təmsil olunanlar az deyil”. 

B.Həsənov qeyd etdi ki, sözdə onların məqsədi Rusiya və Ermənistanın inteqarsiyasını həyata keçirmək olsa da, məqsədləri fəqrlidir. Alim qeyd etdi ki, onlar bütün ərazilərdə erməniləri yerləşdirmək niyyətlərini həyata keçirmək istəyirlər,   torpaqlarımıza qarşı ərazi iddiaları irəli sürürlər. B.Həsənovun sözlərinə görə, eyni zamanda XX əsrin əvvəllərində Azərbaycan ərazilərində Ermənistan dövlətinin yaradılması da Lazerev layihəsinin tərkib hissəsi olub.    

“Qaldı ki, Azərbaycan Prezidentinin Məhəmməd Əmin Rəsulzadənin 140 illiyik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncama, sözsüz, bu sərəncan onları qıcıqlandırır. Nə üçün qıcıqlandırır? Çünki onlar daim bizə qarşı ərazi iddialarını davam etdirir. Bilirsiz ki, Zatulin də qatı erməni tərəfdarıdır, həmişə erməniləri müdafiə edir, Rusiya Dövlət Dumasının deputatı kimi o kürsüdən də istifadə edir. O tam olaraq ermənilərin tərəfini tutsa da, müəyyən mənalarda Rusiya dövlətinin də adından çıxış edir. Çünki o, Rusiyanın maraqlarına xidmət edən məsələləri də qaldırır. Bilirik ki, Rusiyanın Cənubi Qafqazda müxtəlif maraqları var, bu maraqların təmin olunması üçün Zatulin kimi insanlar lazımdır ki, bəzi hallarda bu məsələləri qaldırsın. 

Prezidentin də bu sərəncamı həm erməniləri, həm də rusları qıcıqlandırıb. Çünki sərəncamdan sonra Prezident yerli telekanallara müsahibəsində vurğuladı ki, bizim torpaqlarımız var, yəni biz Azərbaycan Xalq Cumhuriyyətinin varisiyik. Bu da o deməkdir ki, Azərbaycan Xalq Cumhuriyyətinin hər şeyinin varisiyik, ondan nə qalıbsa hamısına iddialıyıq. Prezident bizim ərazilərimiz haqda, İrəvanın verilməsi barədə də danışdı, vurğuladı ki, İrəvan bizim ərazimiz olmasına baxmayaraq ermənilərə güzəştə gedilib. Prezident bu məsələləri qaldırdı. Bu da onları qıcıqlandırır. Ona görə qıcıqlandırır ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cumhuriyyətini yaradanda konkret olaraq hansı ərazilərin Azərbaycan ərazisi elan olunduğu məlumdur. Bu barədə Fransada xəritələr çap olunub. Bu xəritələrdə aydın görsənir ki, 1918-ci ildə hansı ərazilər Azərbaycanın ərazisi olub. Göyçə, Zəngəzur, Dərələyəz və başqaları Azərbaycanın tarixi torpaqları olub, bu ərazilər o vaxt Azərbaycanın tərkibində idi. İlham Əliyevin Rəsulzadənin 140 illiyi ilə bağlı verdiyi sərəncam həm də ondan irəli gəlir ki, Prezident Azərbaycan Xalq Cumhurtiyyətinin varisi kimi haqlı olaraq o ərazilərin tarixi Azərbaycan torpaqları olduğunu vurğulayır. Bildiyimiz kimi, İlham Əliyev həm də bir tarixçi alimdir və buna görə də XX əsrin əvvəllərində baş verən siyasi, iqtisadi proseslərin hamısını düzgün analiz edir və haqlı qərara gəlir ki, İrəvanın ermənilərə güzəştə gedilməsi doğru deyildi, bu bizim ərazimizdir, referendum keçirilməyib, o torpaqların ermənilərə verilməsinin heç bir hüquqi əsası yoxdur. Düzdür, o ərazilərə iddiamız olmasa da ki, biz o əraziləri qaytaracağıq və sair, amma bizim də öz ərazilərimizə qayıdıb orada yaşamaq haqqımız var. Əhalimizin ora qayıtması, yaşaması üçün əlimizdə ciddi əsaslarımız var. Ona görə də, o klubu bu sərəncam narahat edir. Ona görə narahat edir ki, İlham Əliyev həm də Azərbaycan Xalq Cumhuriyyətinin varisi kimi çıxış edir. Bundan o qədər narahat olublar ki, Azərbaycanın əleyhinə kampaniyaya başlayıblar...” 

Tarixçi alim hesab edir ki, bu klubun Rəsulzadəni, Azərbaycanı qaralaması yolverilməzdir və 7 fevral Prezident seçkiləri qabağı qurulan antiazərbaycan kampaniyasının tərkib hissəsidir, amma bu, Azərbaycan xalqının öz Prezidentinə etimadına heç bir kölgə sala bilməz. “Bu kimi klubların maraqlarına ziddir ki, xalq Prezidentə ciddi dəstək verir və xalq öz Ali Baş Komandanı, Prezidenti ilə bir yerdə seçkiyə gedir. Toy-bayramla qələbəni əldə etməyimiz onları qıcıqlandırır. Bunlar eyni zamanda Prezident seçkilərinə qarşı da bir kampaniya aparırlar ki, xalqın seçkiyə inamını azaltsın, xalqı seçkiyə getməkdən yayındırsınlar, amma onlar buna nail ola bilməyəcək. Bu klubun “bəyanatı” həm də Azərbaycanda keçiriləcək Prezident seçkilərinə qarşı bir kampaniyadır. Burda həm Rusiyanın böyük qruplarının, həm də ermənilərin maraqları var”-deyə tarixçi alim qeyd etdi. 

Azərbaycan xalqının hansı dövlətlərin bizə necə mövqe tutduğunu yaxşı bildiyini deyən B.Həsənov ümid edir ki, xalqımız Prezident seçkilərində Ali Baş Komandan İlham Əliyevin yanında olacaq, seçkilərdə İlham Əliyev qalib gələcək, bəzilərinin apardığı qarayaxma kampaniyaları isə iflasa uğrayacaq. “Bu klubun “bəyanatının” nə hüquqi, nə də siyasi baxımdan heç bir əhəmiyyəti yoxdur, quru iddiadan başqa bir şey deyil. Onları qıcıqlandıran odur ki, Prezident Rəsulzadənin 140 illiyi ilə bağlı verdiyi sərəncamla bir daha dünyaya mesaj verdi ki, biz Azərbaycan Xalq Cumhuriyyətinin varisiyik, o torpaqlar bizimdir və bizim qayıdıb orada da yaşamaq haqqımız, hüququmuz  var. Mesaj verdi ki, biz öz torpaqlarımıza qayıdacağıq. Bizim əhalimiz tarixən orada yaşayıb, 1988-ci ildə 250 minə yaxın soydaşımız indi Ermənistan adlandırılan tarixi ərazilərimizdən zorla qovulub, ondan əvvəl də bir neçə dəfə soyaşlarımız öz torpaqlarından deportasiya ediliblər. Odur ki, bizim Ermənistana ərazi iddiamız olmasa da, deportasiya edilən azərbaycanlıların ora qayıdışı təmin edilməlidir, çünki bu onların halal haqqıdır. Onlar da bundan qıcıqlanıblar. Üstəlik də Qarabağ zəfərindən sonra bizə qarşı daha da fəallaşmağa çalışırlar. Amma heç bir faydası olmayacaq”-deyə tarixçi alim vurğuladı.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031