ANCA ABŞ-dəki seçkilərdə erməni seçicilərin səslərini hərraca çıxardı
ABŞ-də bu il prezident seçkiləri və Konqresə seçkilər keçiriləcək. Səslər uğrunda mübarizə getdikcə qızışır. Erməni lobbisi isə aktiv şəkildə seçki prosesinə təsir göstərməyə çalışır. Misal üçün, Amerika Erməni Milli Komitəsinin (ANCA) "swing state" (tərəddüdlü ştatlar) layihəsini təqdim edib.
Layihə nədən ibarətdir? Təşkilat hər bir ştatda yaşayan ermənilərin sayını interaktiv xəritədə qeyd edərək ştatın "qırmızı" və ya "göy" olduğunu göstərir. Xəritədə həmçinin, tərəddüd edən ştatlar qeyd olunur. Əslində ANCA erməni icmasının səslərini satışa çıxarır. Kaliforniya kimi ən böyük erməni icmalarından birinin yaşadığı ştatlarda hər şey yetərincə aydın olduğu halda, Miçiqan və ya Arizona kimi tərəddüdlü ştatlarda ANCA həm demokratlara, həm də respublikaçılara hərfiyyən deyir ki, "tələbat olsa səs verərik".
Onlar hətta şüar da düşünüblər: "Amerika dövlətinin sikkəsi hər şeydən üstündür: seçicilərin SƏSİ". Görünür, səslərlə bu şantaj erməni lobbisinin çoxdan formalaşmış "strategiya"sıdır. Elə bu yaxında ermənilərin çoxluq təşkil etdiyi ştatlardan olan konqresmenlərin bir qrupu daha bir anti-Azərbaycan sənəd imzalayıb. Parçalar yerinə oturur.
Lakin bu "strategiya" özünü doğruldurmu? Misal üçün, ermənipərəst namizəd Vivek Ramasvami artıq seçkiqabağı kampaniyasını dayandırdı.
Əlbəttə, bəzi siyasətçilər öz məqsədləri naminə heç nəyin qarşısında dayanmırlar və səslərini satmağa hazır olan ermənilərin "bütün dünyada ermənilərin təqib olunduğu" barədə köhnə mahnını oxuyan yeni "Vivek"ləri olacaq.