Rusiyadan Qərb ölkələrinə xəbərdarlıq - aktivlərimizə toxunsaz 288 milyardlıq aktivlərinizə əl qoyacağıq
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib ki, Qərb ölkələri Rusiyanın dondurulmuş aktivlərini müsadirə edərsə, Moskva da cavab tədbirləri görəcək.
Rusiya mətbuatı Moskvanın Qərb ölkələrinin ən azı 288 milyard dollarlıq ehtiyatlarını ələ keçirə biləcəyini yazıb.
Qərb ölkələrində tətbiq edilən sanksiyalardan sonra Rusiyanın təxminən 300 milyard dollarlıq aktivləri dondurulub. Moskva açıq mesaj verir ki, xaricdəki aktivləri müsadirə edilsə, onlar da analoji addım ataraq, Qərb ölkələrinin azı 288 milyard dollarlıq aktivlərinə əl qoyacaqlar.
Xatırladaq ki, ABŞ başda olmaqla bəzi ölkələr Rusiyanın aktivlərini müsadirə etməyi və bu resurslarla Ukraynaya kömək etməyi təklif edirlər. Bildirilir ki, G7 ölkələri fevralda bir araya gələcək və Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsinə imkan verəcək hüquqi tənzimləməni müzakirə edəcəklər.
Tahir TAĞIYEV