İsrail parlamenti Netanyahuya etimadsızlıq təklifini rədd etdi – cəmi 18 deputat…
İsrail parlamenti Knessetdə Baş naziri Benyamin Netanyahu hökumətinə qarşı etimadsızlıq səsverməsi uğursuzluqla nəticələnib. “The Times of Israel” qəzetinin məlumatına görə, Netanyahu hökumətinə qarşı etimadsızlıq təklifini 120 yerlik parlamentdə cəmi 18 deputat dəstəkləyib, təklif lazımi 61 səs çoxluğunu qazana bilməyib.
Netanyahu hökumətinin koalisiya üzvləri təklifi boykot edib və səsvermə zamanı iclasda iştirak etməyiblər.
Təklif İsrail hökumətini girovların azad edilməsi ilə bağlı fəaliyyətsizliyinə görə tənqid edən İşçi Partiyası tərəfindən irəli sürülüb. İsrail müxalifətində bildirirlər ki, HƏMAS-ın 7 oktyabr hücumu zamanı və ondan sonra belə uğursuzluqlarla üzləşən hökumətə heç bir etimad ola bilməz.
TAHİR