KÖHNƏ VERSİYA            

Avropa Şurası yenə ikili standartlardan çıxış etdi, Azərbaycan qurumla yollarını ayıra bilər

Image

Azərbaycan  Avropa Şurasına üzv olduqdan sonra bu təşkilatdan gözlədiklərini ala bilmədi. Əvəzində ikili standartların, qərəzli yanaşmaların şahidi oldu. Elə bu səbəbdən ölkəmiz daim Avropa Şurasında köklü islahatların zəruriliyi, yeniləşmənin vacibliyi, ənənəvi problemlərdən xilas olmağın təxirəsalınmazlığını gündəmə gətirdi. 

Lakin təəssüf ki, düzəldilməli başlıca qüsurlar yenə əvvəlki kimi qalmaqda davam edib, sadəcə, bəzi prosedur qaydalarında kosmetik düzəlişlər olunub. Halbuki, islahat aparılmalı ən vacib məsələ hələ də davam edən ikili standartların aradan qaldırılmasıdır. İkili standartlar əvvəlkindən də çoxalıb. Qeyri-obyektivlik, sifarişli çıxışlar, qərəzli qruplaşmalar, bəzi üzv ölkələri daim hədəf seçərək onların üstünə getmək vərdişi qalmaqda davam edir. Elə bu fonda sərgiləyi ikili standart yanaşmalar nəticəsində bu təşkilat dünyada gedən proseslərə təsir etmək gücünü, beynəlxalq müstəvidə öz əhəmiyyətini itirməkdədir. Görünən odur ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda əsl Azərbaycanafobiya hökm sürür. Bunu Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının ilk günündə baş verən hadisələr də təsdiq etdi. Belə ki, iclasda deputatlar  “təşkilatın prinsiplərini pozduğuna görə" Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasına səs veriblər. Onu da qeyd edək ki, bu təşəbbüslə Almaniyadan olan deputat Frank Şvabe çıxış edib. O, cəfəng iddialar səsləndirərək, öz bəyanatında Azərbaycanda insan hüquqlarının pozulmasının davam etdiyini, siyasi məhbusların sayının artdığını, rəsmi Bakının 7 fevral prezident seçkilərini qiymətləndirmək üçün  Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətini dəvət etməkdən imtina etdiyini bildirib. Deputat yalanlarına davam edərək, 2023-cü ildə Azərbaycanın Avropa Şurası Parlament Assambleyası məruzəçilərini Laçın dəhlizinə buraxmaqdan imtina etdiyini vurğulayıb. Təklif səsverməyə çıxarılıb və səs çoxluğu ilə qəbul edilib. İclasa sədrlik edən Emmanuelis Sinqeris deyib ki, bu təklifin qiymətləndirilməsilə Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi məşğul olacaq.  Bütün bunlar ilk növbədə Azərbaycana qarşı qisas cəhdidir və insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Məsələ ondadır ki, ölkəmizin  öz suverünliyini və ərazi bütövlüyünü bərpa etməsini Avropa Şurasında da həzm edə bilmirlər. Azərbaycanın Qarabağ regionunun 30 illik işğalı zamanı Ermənistan silahlı qüvvələrinin törətdiyi cinayətlərə məhəl qoymayan Avropa Şurası və onun strukturları indi rəsmi Bakıya qarşı ikili standartlar siyasəti yürüdür. Bu qurum 1990-cı illərin əvvəllərində Azərbaycan əhalisinin Ermənistan silahlı qüvvələri tərəfindən məcburi deportasiyaya və etnik təmizləməyə məruz qaldığını anlaya bilmədi. Bu fonda Avropa Şurası Azərbaycan üçün əhəmiyyətini itirib. Nəinki Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması, heç bütünlükdə qurumun özü ölkəmiz üçün heç bir əhəmiyyət kəsb etmir. 

Avropa Şurasının bir təşkilat kimi bu qədər nüfuzdan düşməsinin və hətta avropalıların özləri üçün də maraqsızlaşmasının əsas səbəbləri isə, qeyd edildiyi kimi, ikili standartlardır. Azərbaycana qarşı qondarma “siyasi məhbus” iddialarının irəli sürülməsi, “demokratik proseslərə əngəl törədilməsi” ilə əlaqədar ittihamların səsləndirilməsi qərəzli münasibətdən, qeyri-obyektiv yanaşmadan başqa bir şey deyil. Bütün bunlar həmin təşkilatda mövcud olan ayrı-seçkilik, riyakarlıq və ikili standartların bariz nümunəsidir. Elə bunun nəticəsidir ki, Avropa Şurasında mənəvi-siyasi aşınma prosesi müşahidə edilir. Burada təəssüf doğuran hal Almaniyanı təmsil edən deputatın mövqeyidir. İndi qurumda Fransa və Almaniyanın tandem şəklində çıxış etməsi müşahidə olunur. Ermənipərəst Fransa qurumda öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışması Berlinə də hörmət gətirmir. Berlin nəzərə almalıdır ki,  Fransa xarici siyasətində ardıcıl uğursuzluqlarına görə indi Almaniyanı qabağa verib. Bundan itirən isə almanlar olacaq. Azərbaycana qarşı növbəti ikili standartlara əsaslanan selektiv yanaşma sərgilənməsi isə tamamilə qəbuledilməzdir.  Qurum nəzərə almalıdır ki, Fransada polis qəddarlığına, zorakılığa, aksiyaların şiddətlə dağıdılmasına, iştirakçıların üzərinə itlərin göndərilməsinə, onların atlarla əzilməsinə, polis tərəfindən döyülməsinə və hətta öldürülməsinə, milli, dini və irqi ayrı-seçkilik faktlarına tam biganə münasibət bəslənilməsi onun nüfuzunu yerlə bir edir. Avropa Şurası gələcək mövcudluğu üçün ikili standartlar siyasətindən əl çəkməlidir. Qurum bilməlidir ki, Azərbaycanın öz sərhədində yaratdığı nəzarət-buraxılış məntəqəsi onun ərazilərinə daxil olmağa çalışan silahlı qüvvələrin, hərbçilərin qarşısını almağa xidmət edib. Vətəndaşlarının təhlükəsizliyini təmin etmək Azərbaycanın öhdəliyidir. Laçındakı nəzarət məntəqəsi Azərbaycanın suveren ərazisində yerləşir. Onu da qeyd edək ki, bir neçə il bundan əvvəl AŞPA Rusiyaya qarşı sanksiyalar tətbiq edərək onu səs hüququndan məhrum etsə də, sonrakı mərhələdə bu ölkənin arxasınca qaçdı və sonda öz qərarını ləğv etmək məcburiyyətində qaldı. Sonra Rusiya özü bu qurumdan imtina etdi. Görünür, Azərbaycan da eyni addımları atmalı olacaq. Azərbaycan nümayəndə heyəti bu qurumda fəaliyyətini dayandıra bilər. Bundan başqa,  Azərbaycan İnsan Haqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasından da çıxa bilər. Nəticədə uduzan sözügedən qurum özü olacaq. 

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031