DGK sədri Şəmkir və Gədəbəy sakinlərini yanvarın 25-də qəbul edəcək
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun yanvarın 26-na nəzərdə tutulmuş vətəndaş qəbulu yanvarın 25-nə keçirilib.
DGK sədri yanvarın 25-də saat 10:00-da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 5) Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı Şəmkir və Gədəbəy rayon sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla ( https://customs.gov.az/az/muracietler/sedre-mektub ) qəbula yazıla bilərlər.
Baki-xeber.com