KÖHNƏ VERSİYA            

Şəhidlik hansı bəlağətin “fəsadı”dır? - Səkkizinci yazı

Image

Vətən var olduqca savaşlar, savaşlar olduqca da şəhidlər olacaq. Bu, bir aksiomadır və dünya bu zəmində binə qu­rub...

Çox vaxt soruşurlar ki, şəhidlik hansı bəlağətin “fəsadı”dır? Fəsad o mənada ki, qəlb parçalayır, ürək yandırır, iç deşir... Bu sualda “fəsad” sözü müsbət hiss kimi sə­ciy­yə daşıyır. Qəlbi çırpınan, içi yanan şəxsin bu sualı verməsi labüddür və zənnimizcə, o, qınaq hədəfi olmaz. 

Suala ətraflı şərh vermək üçün əvvəlcə “fəsad” anlayışı barədə bir-iki kəlmə duyğu ifadə edək. Məlumdur ki, zər­rəvi qüsurların - bəlağətsiz günahların çoxluq təşkil et­di­yi səmtlərdə qeyri-adi təsadüflər qaçılmazdır. Buna zərrəvi səbəblərdən asılılıq da zəmin yaradır... 

Və elə anlar var ki, orada bu nüanslar aşkar deyil, gizlidir, ancaq hadisələr mahiyyəti ikili standart kimi təqdir edir... Əminik ki, çox vaxt həyat həqiqətləri mistik təlqindədir, orada ikili standart yoxdur...

İnsanın dövrdən asılılığı qaçılmaz olduğu üçün bu çevrədə zəruri reallıq faiz nisbəti ilə (daha) doğru təfsilatlar ve­rir. Bəzən duyğularını Vətən, ya da yer-yurd, torpaq as­pek­tində cilalaya bilməyənlər öz hisləri ilə bu cür təsnifat qura bilmirlər. Ancaq Vətən üçün şahidlik edənlər həyatın mübarizələrini yaxından görür, proseslərlə qabaq-qənşər qa­lırlar. Burada ictimai qənaət vəslinə yetə biləcəyimiz təqdirdir. Başqa bir rakursda da həyatın özüdür... 

Vətən uğrunda can fəda edən oğulların qəlblərində mən­lik, qürur, mənsubiyyət sətiraltı deyil, aşkardır. Onlar adi­likdən çox qeyri-adiliyə can atır, hadisələri, yanlış tə­səv­vürləri gerçək təsəvvüfdə parçalanmaya məruz qoya bi­lirlər. Bir növ, yanlış-yalan təfərrüat və doğru, lakin mağmın ehtimal arasında katalizator rolu oynayan səbəbli-sə­bəbsiz təsirlər bizə qeyri-adi, onlara adi formatda gö­rü­nür. Buna görə biz (bəzən) ölümdən qorxuruq. Ancaq on­lar ölü­mü adi dəyişilmə - cismən yoxolma kimi qavrayır, (çox) rahat şəkildə canlarından keçə bilirlər. Qısası, Vətən uğ­runda ölüm onlara həyatın törətdiyi fəsad kimi yox, çoxdan, lap çoxdan vəslinə yetmək istədikləri amal kimi gö­rü­nür. 

Söz yox, qəlbi göynəyən, içi yanan, laydivar oğullar itirən şəxslərə bu fəlsəfi rakursları şərh etmək çox çətindir, ona görə yox ki, qavramazlar, əsla, əstəğfürullah, ona görə ki, itkiləri (itir­dikləri) bü­tün təfərrüat və təəssüratları alt-üst edir, (on­lar) dü­şün­cələrini yal­nız süst bir nöqtəyə zilləyirlər... 

Şəhidlik şərəf, şan, kişilik, təəssübkeşlik... və tam ola bil­mək anlayışıdır. Şəhidlik yetişən nəsillər üçün qeyrət, vü­qar mək­tə­bidir. O məktəbin “məzunları” əbədiyyət adlı uni­versitetin, həyat adlı akademiyanın parlaq ulduzlarına çev­rilirlər...

Allah şəhidlərimizə rəhmət eləsin!

***

...Geri qayıdanda lövhədəki məsum baxışlar ruhi çırpıntı ilə təmasını kəsmişdi...

Günəşlidə külək az qalırdı damları uçurtsun. Nə baş ve­rir­di; camaat təşvişdə idi, yetən deyirdi ki, bu şəhərdə in­di­yə qədər belə güclü külək olmayıb. Çoxunun nəzəri mə­nə dikilmişdi, (bəlkə də) zənn edirdilər ki, küləyi buraya mən gətirmişəm - baxışlar bunu təlqin edirdi...

Külək Musa və Tural qardaşlarının bir vaxtlar yaşadıq­ları evi də təlatümə salmışdı. Təbiətin belə bir təlaşla coşması ovqatıma pis təsir edirdi. Bir tərəfdən şəhid qardaşların anaları Nəhayət xanımın dərd-qubar örtmüş görkəmi, bir tərəfdən də ətrafdakı boğuq uğultular əhlədimi kəsmək üz­rə idi. Bu an nə yaxşı ki, havada bir dəstə göyərçin gö­rün­dü, ikisi sürətlə aşağıya doğru şütüdü, darvazanın sağ səm­tində şəhid qardaşlara həsr edilmiş xatirə lövhəsinin üzə­rinə qondu. Göyərçinlərdən biri ağ rəngin ağuşunda idi, digəri qarışıq rəng çalarları ilə əhatələnmişdi. Ağ gö­yər­çin Musanın, qarışıq rəng çalarlı göyərçin isə Turalın şək­li üzərində (azacıq məsafədə) sürətlə sağa-sola hərəkət edir­di. Gözlərimi bu sülh quşlarının küləkdə bərq vuran gö­zəlliyinə zilləmişdim. Elə bilirdim, onları mənimlə eyni əh­valda olanların hamısı – sinəsində iki şəhid dağı gəzdirən Nəhayət xanım, qonşular, ətrafda seyrçi olan insanlar… da görür. Acı-şirin təlaş dolan gözlərimi bir anlığa əha­təmdə gəzdirdim, kimsə lövhənin üzərindəki quşlara bax­mırdı. Külək darvazanın qapısını iki-üç dəfə ard-arda açıb, sonra da dəli kimi örtəndə anladım ki, bu quşları yalnız mən görürəm. Qəfil silkləndim: bəlkə məni qara basır? Sonra zənn etdim ki, lövhənin üzərində var-gəl edən gö­yər­çinlər (şübhəsiz) şəhid qardaşların ruhudur...   

Külək susmadı. Elə bil and içmişdi ki, mən şəhəri tərk edə­nə qədər burada meydan sulayacaq... 

Şəhid qardaşlar haqqında məlumat toplamaq işim xeyli çəkdi. Geri qayıdanda lövhədəki məsum baxışlar ruhi çırpıntı ilə təmasını kəsmişdi – quşlar harasa uçub getmişdilər…

Xatirə lövhəsində isə xoş bir görkəm qalmışdı. Şəhid qar­daşların şəkillərində duruş tapan məsumluq ilıq təbəs­süm­lə örtülmüşdü... 

Bu təəssürat məni Bakıya qədər müşayiət etdi...

***

Şəhid dağı təkcə ana qəlbinə sitəm etmir, bu dağ həyat adlı səltənətlərinin əsas sütununu itirmiş şəhid yoldaşlarına da əməlli-başlı iztirab çəkdirir. Dəfələrlə şahidi olduq, gənc yaşlarında ərsiz qalmış bu qadınlar əzabın əlində ne­cə ah çəkir, ağrı-acının içində necə qovrulurlar. Ancaq öz­lə­rində haradasa bir güc də tapırlar ki, balalarına xatir ayaq üstə dura bilsinlər.

Nənələrimiz danışardı ki, ərləri Böyük Vətən müharibəsindən qayıtmayan gənc analar bir ömür ismətlərinə bü­kü­lüb qocalırdılar... 44 günlük müharibə də göstərdi ki, ana­lar sözün həqiqi mənasında ismət, abır-həya ağacıdır...  

Vətən müharibəsində şücaət göstərərək qəhrəmanlıq zirvəsinə ucalmış Həsənov Musa Tapdıq oğlunun həyat yoldaşı Maya Həsənova da gənc yaşında sinəsi şəhid dağı ilə cadar-cadar olmuş qeyrətli, ismətli Vətən qızlarından bi­ridir. On­dan Musa haqqında danışmasını xahiş edirik. O, ağır təlatümlər çökmüş gözlərini çətinliklə də olsa, sonsuz bir nöqtəyə zilləyərək deyir:

- Yoldaşım şəhid olanda 2 övladımız var idi. Amma kiçik qızımız atasından sonra dünyasını dəyişdi. İndi adını özünün qoyduğu Rüqəyyanı atasına layiq, əsl vətənpərvər ruhda böyütməyə çalışıram. Bizim üçün çox ağırdı, çox çə­tindi, çünki atasız övlad böyütmək olduqca ağır məsuliyyətdi. İnanıram ki, Musanın ruhu bu uzun yol­da hər za­man mənim yanımda olacaq, mənə tək olduğumu heç vaxt hiss etdirməyəcək. Təkcə təsəllimiz onun məqamının uca olması - cənnətdə olmasıdır... 

Əlbəttə, şəhidlər Cənnət quş­­larıdır, nə vaxt bir narahatlıq hiss etsələr, ailələrinin, öv­ladlarının başı üzərində pərvaz edirlər... 

***

Vətənin qeyrət qalası, düşmənin qorxulu yuxusu Tural Həsənovun həyat yoldaşı Rəbiyyə Həsənova da övladlarının üzərində yarpaq kimi əsən ismətli Azərbaycan qızıdır. Əlbəttə, onun üçün də şəhid həyat yoldaşı barədə danışmaq çox çətindir. Ancaq xahişimizi nəzərə alır, təmkinini toplayıb deyir:

- Tural haqqında dastanlar yazılsa belə, azdır. Allah bu çətin imtahan qarşısında bizi utandırmasın. Arzum budur ki, şəhid həyat yoldaşımın bizə qoyduğu əmanətləri ürəyimiz istəyən kimi, özünün istədiyi şəkildə böyüdüb, boya-ba­şa çatdıra bilək. Bu yolda Allah hər birimizə dözüm, səbr versin. Allah bütün şəhid yoldaşlarına səbr versin. 

...Za­man su kimi axıb gedir. Artıq üç ildir Turalsız ömür yaşayırıq. On­suz yaşamaq çox çətindir. Lakin onun yoxluğuna heç cür inana bilmirik. Elə bilirik, haradasa, uzaq bir səmtdə səfərdədir... 

Zamanla yaralar sağalır deyirlər. Ancaq belə deyil. Za­man hər yaranın üstünü örtə bilmir... 

Bizim üçün hər şey Turalla gözəl idi. Onda ailəmiz bü­töv idi. O gözəllik də, o bütövlük də Turalla getdi... Tək bir təsəllimiz odur ki, o, şəhiddir. Məkanı Cənnətdir. Hər an bizi öz ruhu ilə qoruyur. 

Şəhid yoldaşlarının şəhid yoldaşlarına ürək sözləri bizi də ruhən titrədir və bu təsirdən içimizdə çırpınan misraları dodaqlarımızın arasında var-gəl etdiririk:

Sən də bir şəhidsən, şəhid yoldaşı,

Daim Vətən adlı dayaq üstə dur. 

Alnına xətt çəkib ölüm, sənin də,

Onun acığına ayaq üstə dur. 

 

Qoyma gözdən salsın həyatı, təklik,

İnsan mərd olanda, mətin görünər. 

Sənin pak adında bir ucalıq var; - 

Sanmıram, bu, sənə çətin görünər.

 

Mərdsən, mərdanəsən, mətinsən, bacım,

Məndə hər şəhidə heyrət hissi var.

Ayaq basdığın yer qiblədir, düzü,

Orda dəyanət var, qeyrət hissi var. 

 

Daha əmanətdi bu ömür sənə, 

İndi qubar tutmuş gözünlə öyün. 

Sən, ey bu Vətənin qəhrəman qızı,

Sən də bir şəhidsən, özünlə öyün!...

***

Vətən elə bir afətdir ki, uğrunda həmişə qırğınlar, odlu mü­haribələr olur. Bu, o anlama gəlir ki, bu afət üçün həm də minlərlə insan şəhidlik zirvəsinə ucalır... Hər şəhid üçün də (ən azı) bir can özünü fəda edir. Deməli, bir savaşda 1000 deyil, 2000 insan həlak olur. Bu, təxmini qənaət­dir; çünki hər şəhid üçün bəlkə də beş-on nəfər özünü hə­yatdan təcrid edir...

Mingəçevirli qardaşlar Musa və Turalın içindəki qeyrət hissini görənlər də əmin idilər ki, Vətən artıq öz sabahına güvənə bilər. Çünki onlar hələ müharibə başlamamışdan dö­yüşə can atır, düşməndən intiqam almaq istəyirdilər. Mü­haribə başlayar-başlamaz hər iki qardaş bu missiyanı ye­rinə yetirmək üçün özlərini səfərbər etdilər, göstərdikləri şücaət sayəsində əbədiyyətin ən uca fövqündə qərar tut­dular. İndi hamı onların bu cəsarətini Vətənə, torpağa iba­dətləri kimi mənalandırır... Çünki şəhid qardaşlar mə­na­sını çox dürüst bildikləri amal uğrunda cihada qalxmışdılar...

...Eşidəndə ki, Musa Həsənov şəhid olandan bir neçə ay sonra kiçik qızı İnci də vəfat edib, çox təsirləndik. Bilmək istədik, bu, ata-bala sevgisidir, yoxsa bir həyat zərurəti?! Çünki mənəvi ibadətlər bəzən ailələrə də aşkar sirayət edir. Bu zaman ailə üzvlərində mənəvi bağlılıqlar artır. Heç şübhəsiz, körpə İncinin atasından sonra dünyadan köç­məsi də elə bu aktual prosesin bir səciyyəsidir...

Biz ruhlar aləmindən xəbərsizik, ancaq əmin olmaq is­tə­yirik ki, körpə İnci atasının olduğu yerdədir, onun qoynunda təsəlli tapır. 

Biz onun şəkillərdən boylanan məsum çöhrəsində də bu­nu aydın görürük... Ata istəyi övlad sevgisi ilə ünsiyyət qurduqca həyatın təzadları da təəccüb doğurur. 2020-ci ildə Musanın, bir neçə ay sonra da qızı İncinin həyata vida et­məsi labüd gerçəklərə işarədir.

(Kim bilir, daha neçə şəhidin övladı özündən sonra və­fat edib, sanki atasız həyatı qəbul etməyib...).

Bəlkə göyərçin balamız, körpə İnci də bilirdi ki, Vətən-tor­paq səcdə yeridir. Atası Musa bu səcdəgah uğrunda şəhid olub, bu uca məbəddə əbədi uyumaq xoşbəxtliyi əl­də edib. 

Yerin behişt olsun, körpə bala...

(Ardı var)
Hikmət Məlikzadə







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031