KÖHNƏ VERSİYA            

Avropa əhalisi NATO - Rusiya savaşına hazırlanır...

Image

Ukrayna münaqişəsi fonunda Qərb və Rusiya arasında münasibətlər getdikcə daha kəskin xarakter alır. Bununla yanaşı artıq NATO-nun Rusiya ilə müharibəyə hazırlıq görməsi də açıq mərhələyə keçir. NATO hərbi komitəsinin başçısı, niderlandlı admiral Rob Bauer bu fonda qeyd edir: 

“NATO, Rusiya ilə müharibə də daxil, gözlənilməzliklərə hazır olmalıdır. Biz arxayın olmamalıyıq ki, sülh şəraitində yaşayırıq. Və buna görə də biz Rusiya ilə münaqişəyə hazır olmalıyıq”.

Admiral deyib ki, alyans müharibəyə yüksək dərəcədə hazır olmalı, gözlənilməyəni gözləməlidir. Bauer əlavə edib ki, NATO bu məqsədlə döyüş hazırlığı vəziyyətinə transformasiya edilməlidir. NATO admiralı insanlara müharibəyə hazırlaşmağı tövsiyə edir və müvafiq tövsiyələr verir: “Sizdə su, radio və ilk 36 saatda sağ qala biləcəyinizə əmin olmaq üçün batareyalarda fənər olmalıdır”. Bauer onu da bildirib ki, onilliklər ərzində Əfqanıstan və ya İraqda təhlükəsizlik məsələlərini həll etmək üçün peşəkar ordulara güvənmək anlayışı mövcud olub. O, yeni müharibə üçün belə peşəkar ordunun kifayət etməyəcəyini vurğulayıb. Buna uyğun olaraq o, hərbi çağırış və ya ehtiyatda olan hərbçilərin aktivləşdirilməsi kimi sistemlərə yenidən baxmağı təklif edib. Almaniyanın müdafiə naziri Boris Pistorius da “Tagesspiegel” qəzetinə müsahibəsində xəbərdarlıq edib ki, Ukraynadakı müharibə qonşu ölkələrə yayıla bilər: “Biz Kremldən gələn hədələri hər gün eşidirik. Bu yaxınlarda belə hədələr Baltik dövlətlərindəki dostlarımıza ünvanlanıb”. Bu arada onu da qeyd edək ki, Ukrayna müharibəsinin şərq cəbhəsində son zamanlar ciddi dəyişiklik baş vermir. Rusiya Ukrayna şəhər və kəndlərini raket və dron atəşinə tutmaqda davam edir. Ukrayna isə Rusiyanın dərinliklərindəki iqtisadi və hərbi hədəfləri vurmağa çalışır. Amma hesab edilir ki, NATO-nun özünün müharibəyə hazırlaşması savaşın artıq Ukrayna sərhədlərini aşacağını göstərir. Artıq bu həftə NATO “Soyuq müharibə”dən sonrakı ən böyük təlimlərinə start verir. Bir neçə ay davam edəcək təlimlərdə 90 min hərbçi iştirak edəcək. “Steadfast Defender” manevrləri may ayının sonuna qədər davam edəcək. NATO-ya üzv olan 31 ölkənin hər biri, eləcə də hazırda namizəd statusunda olan İsveç bu hazırlıqlarda iştirak edəcək. Təlimlərdə Rusiyanın NATO-ya üzv ölkələrdən birinə hücumu ilə bağlı tədbirlərin işlənib hazırlanması həyata keçiriləcək. Belə bir hücumun edilməsi NATO müqaviləsinin kollektiv müdafiəni təmin edən beşinci bəndinin qüvvəyə minməsi deməkdir. Bu bəndin hüquqi gücündən tarixdə yalnız bir dəfə - 2001-ci il 11 sentyabr tarixindən sonra istifadə edilib. “Steadfast Defender” manevrləri Şimali Amerikadan NATO-nun şərq sərhədlərinə qədər müxtəlif ölkələrdə keçiriləcək. Təlimlərdə 50 döyüş gəmisi, 80 uçuş aparatı və 1100-dən çox döyüş maşını iştirak edəcək.

Xatırladaq ki, bir müddət əvvəl “Bild” nəşri Almaniya Müdafiə Nazirliyinin məxfi sənədinə istinad edən NATO ilə Rusiya Federasiyası arasında mümkün müharibə ssenarisinin hazırlanması barədə məqalə dərc etmişdi. Yazıda qeyd olunub ki, ehtimal olunan münaqişə 2025-ci ilin yayına planlaşdırılıb. ABŞ və Böyük Britaniya Yəməndə hərbi əməliyyatlara başlayarkən Niderland Quru Qoşunlarının komandanı, general-leytenant Martin Vijnenin də “Rusiya ilə müharibəyə hazır olmalıyıq” bəyanatı səsləndirib. bütün Avropada geniş əks-sədaya səbəb olub. Dünyanın ən nüfuzlu müdafiə nəşri olan Britaniyanın “Jane's Report”un hərbi mənbələrdən əldə etdiyi məlumata görə, NATO Təchizat və Baxım Agentliyi (NSPA) Avropa ölkələrinin tələbi ilə ABŞ istehsalı olan 1000 ədəd "Patriot" hava hücumundan müdafiə sistemi (EDS) sifariş edib. Əsasən Almaniya, Niderland, Rumıniya və İspaniyaya paylanacaq "Patriot" sistemləri ilə yanaşı, NSPA da Aİ üzvü NATO ölkələri adından ABŞ hökuməti ilə 5,6 milyard dollarlıq silah müqaviləsi imzalayıb. Müqavilə çərçivəsində ABŞ-dan Avropa ölkələrinə "Patriot" sistemlərinin yenilənmiş hissələri, əlavə yardımçı şirkətlərin xidmətləri, sınaq avadanlığı və texniki xidmət materialları çatdırılacaq. Bu arada Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot etiraf edib ki , NATO yaxın aylarda Rusiyaya qarşı saxta bayraq əməliyyatı keçirə bilər. O, Moskvaya qarşı aqressiv ritorikaya görə ölkəni alyansdan çıxmağa çağırıb. Belə ki, siyasətçi NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauerin bəyanatına cavab verib. Filippo qeyd edib ki, Rusiya ilə mümkün münaqişə ilə bağlı sözlərin daim təkrarlanması şübhə doğurur: “Önümüzdəki aylarda saxta bayraq əməliyyatlarından (2022-ci ildə “Şimal axını” təxribatı kimi) ehtiyatlı olun! Bu NATO dəliləri hər şeyə hazırdır!”. Filippo Rusiyaya qarşı aqressiv siyasət yürütdüyü üçün Fransanı NATO-dan çıxmağa çağırıb. Belə ki, o, alyansın ən böyük hərbi təlimləri ilə bağlı xəbərləri şərh edib: “Şimali Atlantika Alyansı, deyəsən, Üçüncü Dünya Müharibəsinin yaxınlaşmasını sürətləndirmək istəyir. Gəlin NATO-dan çıxaq, bu ölüm spiralından çıxaq, azad Fransa və sülhü seçək!”. Ukraynanın ABŞ-dakı keçmiş səfiri Valeri Çalıy isə vurğulayır ki, Kiyev Şimali Atlantika Alyansının birbaşa iştirakı olmadan Rusiyanın öhdəsindən gələ bilməz: “Bizim tərəfimizdə NATO ölkələri olmalıdır. Təkcə köməklə yox, müharibədə iştirak etməklə Avropada müharibəyə son qoya bilərlər. Ukrayna müstəqil şəkildə mübarizə apara bilməz. Çünki ölkə əhalisinin sayına görə Rusiyadan geri qalır və zavodları Rusiya raketləri üçün əlçatmaz yerlərə köçürmək iqtidarında deyil”.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031