KÖHNƏ VERSİYA            

AMEA institutlarının adları dəyişdi - işləri də dəyişəcəkmi...

Image

Fərhad Quliyev: “Yeni dövrdə bizim institutun istiqamətlərində ciddi dəyişikliklər gözlənilir” 

AMEA-nın iki institutunun adı dəyişdirilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Arxeologiya və Antropologiya İnstitutu adlandırılıb.

Bu ad dəyişikliyi institutlarda hansı məzmun dəyişikliyinə yol açacaq? Etnoqrafiya bölməsi Arxeologiya İnstitutundan ayrılıb Tarix İnstitutunamı verilib? Hər iki institutun həyatında nə kimi yeniliklər olacaq? Nələr dəyişəcək?

Sualımızı hər iki instituta ünvanladıq. 

“...Konkret nəzərdə tutduğumuz bir proqram-layihəmiz mövcuddur ki...” 

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev institutun yeni adı ilə bağlı “Bakı-Xəbər”ə bildirdi ki, ayrı-ayrı ölkələrdə məsələyə  müxtəlif yanaşmalar var. “Bizim də ölkəmizdə hazırda mövcud şəraitə uyğun cəmiyyətin yeni tələbləri var ki, Azərbaycanda həm arxeologiya, həm də antropologiya elmi vəhdət şəklində birgə elmi-tədqiqata  cəlb edilməlidir. Nəzərdə tutmuşuq ki, Nazirlər Kabinetinin yeni qərarına uyğun olaraq gələcəkdə institutda tədqiqatların vəhdət formada təşkili üçün yeni mövzular gündəmə gətirilsin. Əvvəla onu deyim ki, bu gün fiziki antropologiya elm sahəsi bizim əsas hədəflərimizdən biridir. Çünki Azərbaycanda məhz bu sahə, demək olar ki, zəif inkişaf edib, bu sahə üzrə mütəxəssislər çox azdır. Biz məhz fiziki antropologiya elm sahəsinin ölkəmizdə vacibliyini nəzərə alaraq bütün arxeoloji tədqiqatlarda bu sahənin tədqiqatçılarının iştirak etməsini nəzərdə tuturuq. Məqədimiz odur ki, bu sahənin mövzusu ilə bağlı bütün tədqiqatlar eyni formatda təşkil olunsun”-deyə F.Quliyev qeyd etdi.  F.Quliyevin sözlərinə görə, əsas məqsəd gələcək tədqiqatlarda həm fiziki antropoloji, həm də sosial antropoloji tədqiqatları vəhdət şəkilində ümumən arxeoloji tədqiqatların tərkib hissəsinə çevirmək və tədqiqatda bunların kompleks formatını təşkil etməkdir.   

O bildirdi ki, bu gün cəmiyyətimizi, xalqımızı, dövlətimizi düşündürən yeni aktual mövzular var ki, onlar bizim tariximizin ən qədim dövrlərinə, orta əsrlər çağlarına, günümüzə aiddir. İnstitut direktoru qeyd etdi ki, postkonflikt dövründən sonra arxeoloqların, antropoloqların qarşısında yeni hədəflər var.     “İşğaldan azad olunan ərazilərdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasın  fəaliyyətində məhz bizim arxeolqların və antropoloqların iştirakı və digər məsələlər bizim institutun qarşısında yeni mövzular və yeni vəzifələr, hədəflər müəyyən edir.

Artıq demək olar ki, yeni dövrdə bizim institutun istiqamətlərində ciddi dəyişikliklər gözlənilir. Bu gün də qəbul olunmuş qərar əsasında institutun adının dəyişdirilməsi də bizim gələcək gözləntilərin nəticələrinə hesablanıb. Biz artıq Azərbaycanda vəhdət təşkil edən, kompleks tədqiqatları özündə cəmləşdirən bir neçə problemin bir neçə aspektdə öyrənilməsini təmin edə biləcək fəaliyyətin təşkilinə qədəm qoyuruq. Bu baxımdan, az da olsa, bu sahədə mütəxəssislərimiz var. Əsas o mütəxəsisləri ön plana çıxarmaq, onların öz potensiallarını üzə çıxarmaları, fəaliyyətləri  üçün işin düzgün təşkil edilməsinə,  gələcəkdə yeni kadrların hazırlanmasına və onların məhz yeni istiqamət üzrə çalışmalarına nail olmaqdır. Bu istiqamətdə konkret nəzərdə tutduğumuz bir proqram-layihəmiz mövcuddur ki, Azərbaycanda arxeoloji və antropoloji tədqiqatlarda müəyyən fərqli yenilikləri yaxın gələcəkdə elmi ictimaiyyət özü görəcəkdir”. 

F.Quliyev qeyd etdi ki, bu konkret olaraq özünü tarixi, arxeoloji abidələrin tədqiqində, həmin o abidələrin tədqiqi zamanı yeni yanaşmalarda, yeni fərqli mövzuların  təyin olunmasında göstərəcək və bunu da elmi  ictimaiyyət yaxından müşahidə edəcək. F.Quliyev qeyd etdi ki, dünya elmi ictimaiyyətində baş verən proseslər, Azərbaycan cəmiyyəti qarışısında duran əsas vəzifələr, əsas məsələlər, yeni arxeoloji və antropoloji tədqiqatların gündəmə gətirilməsi, fiziki antropologiya elm sahəsinin arxeoloji tədqiqatlarda artıq əsas hərəkətverici qüvvə kimi ön planda olmasını təmin edilməsi  mühüm vəzifələrdəndir. “Bu günə qədər bu məsələ axsayırdı. Demək olar ki, bizim bu sahədə heç bir tədqiqatımız yox idi. Sosial antropologiyanın da məhz fiziki antropologiyanın bir növ tərkib hissəsi olaraq konplesk məsələlərə yanaşmada institutun gələcək fəaliyyətində, onun problem istiqamətlərində öz əksini tapacaqdır”.

F.Quliyev qeyd etdi ki, etnoqrafiya elm sahəsi artıq Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun fəaliyyətində öz əksini tapacaq. İnstitut direktoru bildirdi ki, Azərbaycan etnoqtafiyasının, xalqımızın etno mədəniyyətinin öyrənilməsi məhz o institutda nəzərdə tutulub. 

Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsinin yeni hədəfləri, məqsədləri, gələcəkdə görəcəyi işlər barədə danışdı.  

Fərhad müəllimin qeyd etdiyi məqamlar bizə hava-su kimi lazımdır və ümid edirik ki, tez bir zamanda biz bunları əyani şəkildə izləyə biləcəyik. 

Yazı çapa hazırlanan müddətdə Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutundan isə sorğumuza cavab gəlmədi. Bütün hallarda, çalışacağıq ki, bu elmi-tədqiqat müəssisəsinin də ad və struktur dəyişikliyindən   sonra qarşına qoyduduğu hədəflərlə sizi də tanış edək. Azərbaycan tarixinin yeni metodologiya ilə öyrənilməsi, habelə qədim dillər üzrə mütəxəssislərin yetişdirilməsi və sair bu institutun da çiyin verməli olduğu məsələdir. 

Qeyd edək ki, bəzi məlumatlara görə, vaxtilə arxeologiya kimi, etnoqrafiya da Tarix İnstitutunda ayrıca bölmələr kimi fəaliyyət göstərib. Müstəqil Arxeologiya İnstitutu barədə qərar veriləndə etnoqrafiya bölməsi də bu instututa verilib.  Qeyd edilənə görə, indi isə etnoqrafiya yenidən Tarix İnstitutunun balasına verilir və bu səbəbdən də institutun adı dəyişib. Bəzi eskpertlər hesab edirlər ki, əslində etnoqrafiya sahəsi Folklor İnstituna birləşdirilməlidir, çünki folklor və etnoqrafiya mənşəcə, eləcə də tarixilik baxımından bir-biri ilə paralel olub. Məsələn, bir xalqın folkloru öyrənilirsə, paralel olaraq onun etnoqrafiyası da öyrənilir. Folklor və etnoqrafiya qədər bir-birini tamamlayan sahələrin az olduğu da deyilir.  

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031