KÖHNƏ VERSİYA            

Məhkəmədə şüşə qəfəsi hədəfləmiş Avroittifaqa əks fakt - Təranə Səmədova işi də siyasidir?..

Image

Xəyal Bəşirov: “Şüşə qəfəsdən istifadə bu gün beynəlxalq təcrübədə geniş istifadə olunan prosesdir”

Bir neçə gün əvvəl Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri bəyan etmişdi ki, Azərbaycanda məhkəmədə qadın jurnalistlərin şüşə qəfəslərə salınması onu möhkəm narahat edir və o bunu “jurnalistlərə qarşı ləyaqəti alçaldan rəftar” kimi qələmə verirdi. 

Məhkəmə zamanı tətbiq edilən bu üsula tamamilə siyasi don geydirməyə çalışan diplomat, nədənsə, bu üsulun dünya ölkələri məhkəmələrində qəbul edilən norma olduğunu unudub.  

Bildiyiniz kimi, prodüser Təranə Səmədovanın da məhkəmə prosesi gedir və məhkəmədən də aydın görürük ki, o da, onunla birgə ittiham olunan şəxs də məhkədə dəmir barmaqlıqlar araxasında deyil, şüşə qəfəsdə saxlanılır. Bundan da aydın görsənir ki, şüşə qəfəs müasir bir təcrübədir.

Artıq dustaqların köhnə armaturdan, köhnə dəmirlərdən hazırlanan qəfəslərin arxasında saxlanılması keçmişdə qaldı. İndi onlar məhkəmə zallarında yanları şüşə, üstü açıq bir kabinə də dayanırlar. Təbii ki, bu da dustağın təhlükəsizliyi üçündür. Tutaq ki, birdən kimsə durub məhkəmədə dustağa hücum edər, nə isə atar. Keçmişdə dustağa çürük alma, lax yumurta, xarab olmuş pomidor atanlar da olub. Amma indi şüşə imkan vermir ki, bu işlər olsun. Bir sözlə, şüşə qəfəs müttəhimin təhqir olunması yox, onun hər şeydən, hücumlardan qorunması üsuludur. Sivil üsuldur və bütün Avropada da bundan istifadə edilir. Missiya rəhbərininin iddiası belə idi ki, siyasi məqsədlə həbs edilən jurnalistlər şüşə qəfəsə salınıb təhqir olunur, əgər bu siyasi məqsədlə idisə bəs Təranə Səmədova niyə şüşə qəfəsdə məhkəməyə çıxarılıb? Demək bu siyasi məsələ deyil, ümumi məhkəmə təcrübəsidir ki, dustaqlar üçün istifadə olunur, bu təcrübədən isə xoflanmaq lazım deyil. 

“Həmin o Avropa İttifaqı qanunsuz və qeydiyyatsız fəaliyyət göstərən Amerika Birləşmiş Ştatlarına aid olan Quantanamo həbsxanası ilə bağlı heç bir mövqe bildirməyib” 

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov “Bakı-Xəbər”ə bildirdi ki, belə məqamlar Aİ-ni və başqa beynəlxalq təşkilatları maraqlandırmır. “Əslində, bu gün öz gözündə tiri görməyib Azərbaycan kimi dövlətlərin gözündə tük axtaran Avropa və Avropanın aid olduğu digər Qərb dövlətləri həqiqətən də bizdə qüsur tapmağa çalışır, hansısa ittihamları irəli sürmək üçün bəhanə axtarır. Jurnalistlərlə bağlı iddialara gəldikdə, Yeni Kolidoniyada azərbaycanlı jurnalistin baş verən prosesləri işıqlandırmaqla bağlı bütün icazələri almasına, qanuni şəkildə o ölkəyə getməsinə  rəğmən Fransanın müvafiq qurumları tərəfindən o, qanunsuz olaraq, zorla oradan çıxarıldı. Buna heç bir münasibət bildirməyən Avropa və Avropa İttifaqı bu gün Azərbaycana qarşı o fikirləri səsləndirirsə, təbii ki, bunun qərəzdən başqa bir məqsədə xidmət etmədiyini açıq şəkildə görmək olar. Hər bir halda biz jurnalistlərimizin, digər insanlarımızın məsuliyyətə cəlb edilməsinin, yaxud həbs olunmasının, azadlıqdan məhrum edilməsinin tərəfdarı deyilik, buna sevinmirik. Çünki hər bir insan hüquqa və qanuna zidd addım atıbsa belə, ilk növbədə o insandır, eyni zamanda azərbaycanlıdır. Amma hüquqi dövlətdə, qanunların hökm sürdüyü dövlətdə qanuna və hüquqa zidd addımlar atan şəxslərin məsuliyyətə cəlb edilməsindən təbii bir şey ola bilməz. Onlarla bağlı istintaq aparırılır. Həmin o şəxslərin ibtidai istintaq zamanı həbs qəti imkan tədbirlərinin uzadılması ilə bağlı addımlar atılır. Onların şüşə qəfəsdə olmasna gəlincə  təbii ki, şüşə qəfəsdən istifadə bu gün beynəlxalq təcrübədə geniş istifadə olunan prosesdir. Eyni zamanda bir çox hallarda şüşə qəfəsdə olma həm məhkəmə zalında olan digər şəxslərin təhlükəsizliyinin təminatı, həm də ilk növbədə təqsirləndirilən şəxslərin özlərinin təhlükəsizliyinin təminatı məqsədilə həyata keçirilir. Şüşə qəfəsdə olmağın hər hansı bir qəbahət tərəfi yoxdur, bunun şəxsin hüquqlarının pozulması halı kimi qələmə verilməsi düzgün deyil. Bu gün özünü “demokratiyanın beşiyi” hesab edən bir çox Qərb ölkələrində həddin ağır cəzalar, ölüm hökmünün müxtəlif formalarda sərt şəkildə icrası mexanizmləri var. Həmin o Avropa İttifaqı qanunsuz və qeydiyyatsız fəaliyyət göstərən Amerika Birləşmiş Ştatlarına aid olan Quantanamo həbsxanası ilə bağlı heç bir mövqe bildirməyib. Bunu pisləyən bəyanat səsləndirməyib. Orada söhbət kütləvi şəkildə və ayrı-ayrı dövlətlərin vətəndaşlarına münasibətdə insanlığa, hüquqa və qanuna sığmayan münasibətlərin sərgilənməsindən, işgəncələrdən  gedir ki, bir neçə il əvvəl bu barədə ciddi məlumatlar vardı. Amma bütün bunları dilə gətirməyən, bunları pisləməyən, mövqe sərgiləməyən  Aİ rəsmisinin günlərin birində Prezident seçkiləri öncəsi Azərbaycana qarşı belə bir fikir səsləndirməsi, hansısa bir epizodik hadisəni beynəlxalq gündəmə gətirməsi, təbii ki, onların xoş niyyətdə olmamasından xəbər verir” - deyə X.Bəşirov bildirdi. 

X.Bəşirovun fikrincə, Aİ öz siyasi maraqları naminə jurnalistlərin şüşə qəfəsdə olmasını beynəlxalq ictimaiyyətə çıxarıb  onu “qanun pozuntusu” kimi qələmə verir, amma müğənniyə, prodüsser, yaxud hansısa peşə sahibinə qarşı ayrıseçkilik edir. Məhkəmə zalında şüşə qəfəsdən istifadə edilməsinin beynəlxalq təcrübədə qəbul olunmuş proses olduğunu deyən X.Bəşirov deyir ki, Aİ-nin Azəırbaycan missiyasının rəhbərinin açıqlaması başdan-başa absurddur, qanuna ziddir. “Qeyd olunduğu kimi, başqa şəxslər də məhkəmə zalında şüşə qəfəsdə saxlanılır. Burada qanunazidd, təhqiredici bir hal yoxdur. Aİ təmsilçisinin şüşə qəfəslə bağlı ittihamı da onların niyyətindən, məramlarından xəbər verir. Hesab edirəm ki, bir daha Azərbaycan cəmiyyətinə təsir göstərmək, yaxud Azərbaycan dövləti, Azərbaycan dövlətinin bu gün atdığı addımlar haqda yanlış təsəvvür yaratmaqdır” - deyə bildirən X.Bəşirov qeyd etdi ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsi Ermənistanı himayə edən Aİ və başqa təkilatları, eləcə də dövlətləri ciddi narahat edir. Azərbaycanda heç bir noqsan tapa bilmədikləri üçün də bu cür çirkin üsullardan istifadə etdiklərini deyən X.Bəşirov hesab edir ki, jurnalistlərin məhkəməsi  ilə bağlı əsassız və hüquqa zidd fikirlər səsləndirirlər. Bu ittihamın heç bir əsası olmadıdığını deyən X.Bəşirov bunu Azərbayacana qarşı ikili yanaşmanın növbəti təzahürü hesab edir. O vurğuladı ki, bu gün Avropa İttifaqına üzv dövlətərdə, məsələn, Fransada polisin, hüquq-mühafizə orqanlarının qocalara, qadınlara, uşaqlara qarşı aşkar törətdikləri qanunsuz və hüquqazidd əməlləri pisləmək əvəzinə Aİ Azərbaycanı hədəf seçir. “Fransanın Korsikada, Yeni Kolidoniyada, Kanakyda, Maohi Nui və digər müstəmləkə hesab etdiyi ərazilərdə yerli əhaliyə, aborigenlərə qarşı törətdiyi qanunsuz və hüquqazidd əməllərini pisləmək əvəzinə Azərbaycanın hansısa bir addımını pisləməklə Azərbaycan haqqında fikir formalaşdırmağa çalışır. Təbii ki, bu da ölkəmizin daxilində seçkiqabağı təxribat, qarışıqlıq yaratmaq istəyən qüvvələr üçün şəraitin yaradılması məqsədilə edilir və heç bir ciddi nəticə verməyəcək” - deyə X.Bəşirov əlavə etdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031