GUAM missiyası da Azərbaycanda seçkiləri izləyəcək...
GUAM-ın müşahidə missiyası fevralın 7-də Azərbaycanda keçiriləcək Prezident seçkilərini izləyəcək.
Secki-2024.az xəbər verir ki, 5 nəfərdən ibarət olacaq nümayəndə heyətinə GUAM-ın Baş katibi Altay Əfəndiyev, Ukrayna Ali Radasının deputatları Svyatoslav Yuraş, Mixail Papiyev, Gürcüstan parlamentinin deputatı David Matikaşvili və GUAM Katibliyinin proqram koordinatoru Teymuraz Kiladze daxildir.
Qeyd edək ki, GUAM-ın müşahidə missiyası səsvermədən sonra seçkinin nəticələrinə dair hesabat yayacaq.