Səudiyyədən Təl-Əvivə açıq mesaj - Fələstin dövləti qurulmadan İsraili tanımayacağıq...
Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan İsraillə münasibətləri normallaşdırmağın yeganə yolunun müstəqil Fələstin dövlətinin yaradılması olduğunu bəyan edib.
"CNN İnternational"a açıqlama verən Səudiyyə Ərəbistanının baş diplomatı, “Əgər Fələstin dövlətinə gedən etibarlı və dönməz bir yol yoxdursa, birmənalı olaraq Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşmayacağını deyirsiniz?" sualına cavabında deyib.
Nazir daha sonra bildirib ki, münasibətlərin yeganə yolu budur.
"Times of Israel" Ferhanın sözlərini Səudiyyə Ərəbistanından bu günə qədər ən dəqiq açıqlamalardan biri kimi qiymətləndirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının hazırda İsraillə rəsmi diplomatik əlaqələri yoxdur.
ZÜMRÜD