“Paşinyana Azərbaycanın təklif etdiyi “kadastr şəhadətnaməsinə”...” – erməni tarixçi Paşinyanı topa tutdu!
Ermənistanda yeni Konstitusiyasının qəbul edilməsi barədə müzakirələr artıq qızğın şəkil alıb. Bir çox siyasilər və erməni tarixçilər N.Paşinyanı Azərbaycan qarşısında təslimçilikdə və Ermənistanın "maraqlarını qurban verməkdə" ittiham edirlər. Tarixçi-politoloq, Demokratik Alternativ Partiyasının Siyasi Şurasının sədri Suren Surenyants Nikol Paşinyanın Ermənistanın yeni Konstitusiyasının qəbul edilməsinin zəruriliyi ilə bağlı dünənki bəyanatına öz facebook səhifəsində kəskin reaksiya verib. Erməni tarixçi yazır:
“Yeni Konstitusiya yeni Respublikanı nəzərdə tutur. Əgər bu, dövlətçiliyin əsasları ilə bağlı ictimai-siyasi müzakirələr nəticəsində baş versəydi, dövlətçiliyin inkişafında hansısa mərhələdən danışmaq olardı. Lakin Paşinyana Azərbaycanın təklif etdiyi “kadastr şəhadətnaməsinə” “milli paket” vermək üçün yeni Konstitusiya lazımdır”.
Surenyantsın fikrincə, N.Paşinyana Ermənistanın Müstəqillik Bəyannaməsini “redaktə etmək” və yeni “kadastr şəhadətnaməsinə” əsasən yeni “qanuni” sərhədləri təsdiqləmək üçün yeni Konstitusiya lazımdır.
Mətləb Salahov