"Mina xəritələri ilə bağlı dəqiq məlumat almaq üçün Ermənistana təzyiq edilməlidir" - XİN
Ermənistan tərəfindən ayrı-seçkilik olmadan yerləşdirilmiş minalar günahsız dinc əhali üçün təhlükə yaratmaqda davam edir.
Bu barədə Azərbaycan Xarici İşləri Nazirliyi X sosial şəbəkəsində paylaşım edib.
Paylaşımda qeyd edilir ki, daha bir mülki şəxs minaya düşüb, 2020-ci ildən bəri ölənlərin sayı 342 nəfərə çatıb:
“Mina xəritələri ilə bağlı dəqiq məlumat almaq üçün Ermənistana təzyiq edilməlidir”.
ZÜMRÜD