ABŞ-dan Çin-Rusiya münasibətlərinə zərbə - Çin bankları Rusiya ilə əlaqələri kəsməyə başladı...
Çin bankları dekabr ayında qəbul edilən yeni sanksiya qərarlarından sonra Rusiya ilə dollar əməliyyatlarını dayandırıb. Bununla belə, “İzvestiya” qəzeti yazır ki, rubl və yuanla ödənişlər davam edir.
Qeyd edilir ki, sanksiyalara məruz qalacağından narahat olan Çin dövlət bankları Rusiya şirkətlərindən ödənişləri Rusiya ilə əlaqəsi olmayan üçüncü şəxslər vasitəsilə göndərmələrini xahiş edir.
Çin bankları dekabr ayında qəbul edilən yeni sanksiya qərarlarından sonra Rusiya ilə dollar əsaslı ödənişləri dayandırıb. Bununla belə, “İzvestiya” qəzeti yazır ki, rubl və yuanla ödənişlər davam edir. Qeyd edilir ki, sanksiyalara məruz qalacağından narahat olan Çin dövlət bankları Rusiya şirkətlərindən ödənişləri Rusiya ilə əlaqəsi olmayan üçüncü şəxslər vasitəsilə göndərmələrini xahiş edir.
“Bloomberg” agentliyi həmçinin bildirib ki, ən azı iki Çin bankı son bir neçə həftə ərzində Rusiyadan olan bütün korporativ müştərilərin hesablarını yoxlamağa başlayıb. Agentliyin xəbərinə görə, banklar sanksiyaya məruz qalan şirkətlərlə və ya bu şirkətlərə bağlı şəxslərlə münasibətləri dayandırmaq niyyətindədir.
“Business FM”ə danışan bəzi rusiyalı iş adamları deyirlər ki, hələlik Çinlə bağlı əməliyyatlarda heç bir problem yoxdur. Bununla belə, bəzi idxalçılar bildiriblər ki, Çinin ən böyük müxbir bankı Rusiyadan istənilən ödənişi rədd edir.
“İzvestiya”ya danışan “Delovaya Rossiya” iş adamları təşkilatının nümayəndələri bildiriblər ki, qərardan sonra Çin bankları Rusiya şirkətləri ilə əlaqəli dollar köçürmələrini dayandırıb. Ekspertlər bu qənaətdədirlər ki, ikinci sanksiyalar təhdidi Rusiyanı təcrid etməyəcək, ancaq “dost ölkələr”lə iqtisadi əlaqələri çətinləşdirəcək.
Qeyd edək ki, ABŞ administrasiyası dekabrın 22-də bəyan edib ki, Rusiyaya qarşı sanksiyaları pozan xarici banklara nəzarəti gücləndirəcək.
Tahir TAĞIYEV