Slovakiya Ukraynanın NATO üzvlüyünü bloklayacağını bəyan etdi - Üçüncü Dünya Müharibəsi təhlükəsi var...
Slovakiyanın baş naziri Ukraynanın NATO-ya üzv olmasına icazə verməyəcəyinə söz verib. Bu barədə Robert Fitzo Slovakiya mətbuatına müsahibəsində bildirib.
Onun dediyinə əsasən, o, ukraynalı həmkarı Denis Şmiqalla görüşmək niyyətindədir ki, ona Bratislavanın Ukraynanın NATO-ya üzvlüyünü əngəlləyəcəyini, çünki “Üçüncü Dünya Müharibəsi təhlükəsi” olduğu məlumatını versin.
Fitzonun sözlərinə görə, o, Denis Şmiqalla yanvarın 24-də Ujqorodda görüşəcək. “Mən onlara deyəcəyəm ki, veto qoyacağam və Ukraynanın NATO-ya üzvlüyünü bloklayacağam, çünki bu, Üçüncü Dünya müharibəsinin başlaması üçün əsasdır və başqa heç nə”, – deyə Fitzo bildirib.
Eyni zamanda, Slovakiyanın baş naziri ölkəsinin Ukraynanı silahla təmin etməyəcəyini bir daha təsdiqləyib.
“Ukraynanın Avropa İttifaqına daxil olması məsələsində biz onlara hörmət edirik, lakin Ukrayna şərtləri yerinə yetirməlidir. Tələblərdən heç birinə cavab verməyən ölkə Avropa İttifaqına daxil ola bilməz”, – deyə Fitzo bildirib.
Onun sözlərinə görə, o, Ukraynaya humanitar yardım çatdırmaq üçün gedir.
TAHİR