İsrailin hərbi komandanları Netanyahunun Qəzza strategiyasından narazıdır - HƏMAS-ın məhvi və girovların azadlığı... mümkün deyil...
İsrailin hərbi komandanlarının bir hissəsi ölkənin Qəzza zolağı ilə bağlı hökumətin strategiyasından narazıdırlar və bəyan edilən hər iki hədəfin – HƏMAS-ın məhv edilməsi və israilli girovların azad olunmasının eyni vaxtda yerinə yetirilməsinin mümkünlüyünə şübhə edirlər. İnterfax xəbər verir ki, bu barədə «The New York Times» mənbələrə istinadən yazıb.
«100 gündən artıq hərbi əməliyyatlardan sonra və İsrailin məhdud hərbi uğurlarını nəzərə alsaq, hərbi komandanlarda qısamüddətli perspektivdə qarşıya qoyulan hər iki əsas vəzifəni – HƏMAS-ı məhv etmək və hələ də Qəzzada girov qalanların azad edilməsini yerinə yetirməyin mümkün olmağına dair şübhələr yaranıb”, - nəşr yazır.
Nəşr qeyd edir ki, İsrail ordusu "hazırkı hərbi əməliyyata qədər öncə planlaşdırılandan Qəzzanın daha az hissəsini nəzarətə götürüb (...). Gözləniləndən daha yavaş irəliləmə templəri bəzi hərbi komandanların özəl söhbətləri zamanı İsrailin mülki hakimiyyətinin Qəzza ilə bağlı strategiyasından qıcıqlanma ifadə etmələrinə gətirib”.
«Həmin hərbi komandanlar belə bir qənaətə gəliblər ki, indiyədək Qəzzada saxlanılan 100-dən çox israilli girovunun sərbəst buraxılmasına hərbi yollarla deyil, daha çox diplomatik yollarla nail olmaq olar», - məqalədə deyilir.
Nəşr anonimlik şərtləri ilə danışan dörd İsrail hərbi komandanına istinadən qeyd edir ki, onların fikrincə, «eyni zamanda girovları azad etmək və HƏMAS-ı məhv etmək hədəfi real deyil».
Bundan əlavə, onların fikrincə, İsrailin baş naziri Benyamin Netanyahu Qəzzadakı hərbi çətinliklərə görə qismən məsuliyyət daşıyır, çünki o, «müharibədən sonrakı anklavın quruluşu məsələsindən yayınır».
ZÜMRÜD