Qazaxıstanlı professorun monoqrafiyası işıq üzü görüb
Qazaxıstan Respublikası Elm və Təhsil Nazirliyi ELMİ komitəsi M.O. Əuezov adına Ədəbiyyat və Sənət və Sənət institutunun direktoru professor Kenjexan Matıxanovun dünya folklorşünaslığında dəyərli hadisə sayılan bir monoqrafiyası işıq üzü görüb. Almata şəhərində "Servis Press" nəşriyyatı tərəfindən çap edilən bu monoqrafiya doğrudanda modern folklorşünaslığının ən əhəmiyyətli nümunələrindən biri kimi dəyərləndirilir. Monoqrafiya "Qazax Mədəniyyətində Oyun Fenomeni" ( kökü, təbiəti, tipologiyası, transformasiyası) adlanır. Kazak folklorunda ilk dəfə olaraq milli oyunların janr mahiyyəti, sistemi, təsnifatı, tədqiqat və işlənmə tarixi, inkişaf dinamikası və transformasiyası istiqamətləri elmi müstəvidə ümumiləşdirilmişdir.
Müəllif ənənəvi xalq mədəniyyətində və folklor yaddaşında oyun fenomenini müxtəlif elm sahələri ilə multidissiplinar əlaqədə (fəlsəfəpsixologiya, etnologiya,pedoqogika) izah edir. Alim əlyazmalardan, folklor toplamalarından və müxtəlif nəşrlərdən istifadə edərək oyun folklorunun təbiəti və janr sistemi haqqında məlumat verir. Kitab ümumtürk mədəni coğrafiyasında və dünya folklorşünaslığında dəyərli hadisə sayılan bir mənbəə hesab olunur. Bu münasibətlə dostum professor Kenjexan Matıxanovu ürəkdən təbrik edir və yeni uğurlarını gözləyirik.
Mətləb