HƏMAS-ı İsrail maliyyələşdirib? - Aİ rəsmisindən ŞOK İDDİA...
Aİ diplomatiyasının rəhbəri Jozep Borrel İsrailin Fələstin Azadlıq Hərəkatını (FAH) zəiflətmək məqsədilə radikal HƏMAS qruplaşmasını maliyyələşdirdiyi iddiası ilə çıxış edib. "İnterfax" xəbr verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
«HƏMAS FAH-ı zəiflətmək məqsədilə uzun illər ərzində İsrail tərəfindən maliyyələşdirilib», - Borrel Vallyadolid Universitetində çıxışında bildirib.
Bundan əlavə, Borrel Vallyadoliddə çıxışı zamanı beynəlxalq ictimaiyyəti İsrailin etirazlarına baxmayaraq Fələstin dövlətinin yaradılmasında israr etməyə çağırıb.
Həmçinin Borrel yenidən humanitar fasiləyə, girovların azad edilməsinə və Qəzza zolağında müharibənin dayandırılmasına çağırıb.
ZÜMRÜD