Türkiyə klubu israilli futbolçuya qapını göstərdi!
Türkiyənin “İstanbul Başakşehir” futbol klubu israilli futbolçu Eden Kartsevlə müqaviləni ləğv edib. Buna səbəb isə futbolçunun ABŞ və Avropa İttifaqı tərəfindən terror qruplaşması kimi tanınan “Həmas” qruplaşmasının əlində olan girovların azad edilməsi çağırışıdır. Sən demə, 23 yaşlı E.Kartsev əsirlikdə olduqlarının yüzüncü günündə sosial şəbəkələrdə BringThemHomeNow (Onları indi evə gətirin) heşteqi ilə paylaşım edib.
Artıq israilli futbolçu Türkiyə polisi tərəfindən dindirilib. “İstanbul Başakşehir” klubu, Kartsevin hərəkətinin Türkiyənin "hissləri ilə ziddiyyət təşkil etdiyini" qeyd edərək, intizam istintaqına başlayıb. “Kartsev cərimələndi və onun karyerasını xaricdə davam etdirməsi məqsədəuyğun hesab edildi"- İstanbul klubunun qərarında belə deyilir.
Mətləb Salahov