Baş Prokurordan Bakıda saxlanılan erməni separatçılarla bağlı AÇIQLAMA
Ölkəmizdə saxlanılan erməni separatçılarla bağlı istintaq hərəkətləri aparılır. Bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
“Vaxtilə onlar Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərmiş, Ermənistana tabe olmaqla separatçılıqla məşğul olmuş və çoxsaylı qanunsuz hərəkətlər törətmişlər. Bütün bunlarla bağlı geniş istintaq tədbirləri həyata keçirilir. Azərbaycan Respublikasının qoşulmuş olduğu beynəlxalq konvensiyaların və milli Cinayət Prosessual Qanunvericiliyin tələblərinə uyğun olaraq, təqsirsizlik prezumpsiyası prinsiplərinə riayət edilməklə bütün istintaq hərəkətləri aparılır. Cinayət işi yekunlaşandan, onlara yekun ittihamlar elan edildikdən sonra iş baxılması üçün məhkəməyə göndəriləcək. Bununla bağlı Azərbaycan ictimaiyyəti məlumatlandırılacaq”, - deyə Baş prokuror qeyd edib.
ZÜMRÜD