Türkiyə XİN Azərbaycana başsağlığı verdi
Türkiyənin Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Bu barədə nazirliyin "X" sosial media hesabında bildirilib.
"20 Yanvar 1990-cı ildə can Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan azərbaycanlı qardaşlarımızı hörmət və rəhmətlə yad edirik", - deyə paylaşımda qeyd edilib.