Ukraynaya vəsait ayrılmasına veto qoyan Macarıstan AB-nin içi üzünü açdı - bizi LGBT və miqrantlarla şantaj edirlər
Ukraynaya vəsait ayrılmasına veto qoyan Macarıstanın Avropa Birliyini (AB) tərəfindən şantaj edildiyi ortaya çıxıb. Bu barədə baş naziri Viktor Orban rəsmi X hesabında paylaşım edib.
Baş nazir Orban paylaşdığı videoda Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyeni tənqid edib.
Avropa Birliyinin Macarıstana verməli olduğu 20 milyard avroluq vəsaiti blokladığını deyən Orban sözügedən vəsaitin macar xalqına aid olduğunu və bunun qarşısını almağın mümkün olmadığını bildirib. Orban, Von der Leyenin ölkəyə miqrant qəbul etmədikləri və LGBT təşkilatlarına icazə vermədikləri üçün vəsaitləri blokladığını deyib. O, Qərbi Avropa ölkələrində mühacirlərlə bağlı problemlərin öz ölkəsində yaranmasına icazə verməyəcəyini bildirib.
Dünyada miqrantları qəbul etmək üçün onları məcbur edəcək qədər pul olmadığını ifadə edən Orban daha sonra deyib: "Bizi dünyada uşaqlarımızı və ya nəvələrimizi LGBT fəallarının əlinə buraxmağa məcbur edəcək qədər pul yoxdur. Bu, qeyri-mümkündür”.
TAHİR