QAİ Miyatoviçin hesabatına sərt reaksiya verdi - Aİ etnik və dini təəssübkeşliyə son qoymalıdır
Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dünya Miyatoviçin Azərbaycana və Ermənistana səfərlə bağlı hazırladığı hesabata dair Avropa İttifaqının ifadə etdiyi ədalətsiz mövqeyi qınayırıq.
Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda deyilir.
“Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi” kimi arxaik, nimdaş ifadələrdən istifadə edən, “Qarabağ ermənilərinin qayıdış hüququ”nu qabardan, lakin yenə də biz Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmasına toxunmayan Avropa İttifaqı məsələlərə etnik və dini təəssübkeşlik prizmasından yanaşmaq siyasətinə son qoymalıdır”, - deyə bəyanatda bildirilib.
ZÜMRÜD