KÖHNƏ VERSİYA            

Qərb Ermənistanı yarı yolda qoydu - ruslar İrəvana çox qəzəblidir

Image

Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan ölkəsinin aktual təhlükəsizlik problemlərinin həllini Rusiya və İranla uzunmüddətli razılaşmalarda gördüynü bildirib. 

O, İrəvan, Moskva və Tehranın Cənubi Qafqaz regionunda ümumi maraqlarının olduğunu da qeyd edib: “Əvvəlki təhlükəsizlik arxitekturası artıq işləmir və bu gün dünya bir sıra müharibələrlə üz-üzədir. Helsinki Aktının imzalanmasından sonra yaradılan dünya nizamı tədricən transformasiyaya məruz qalır. Çoxvektorlu, çoxqütblü dünya düzəninin formalaşması prosesi 4 qonşudan 2-si düşmən, cəmiyyəti parçalanmış, hakimiyyətdə həvəskarların olduğu Ermənistan kimi kiçik ölkələr üçün xüsusilə ağrılı olacaq. Mövcud vəziyyəti təkbaşına aradan qaldırmaq üçün parametrlərimiz yetərli deyil. Müvafiq olaraq, biz özümüzdən nəyin asılı olduğunu və onların maraqlarını nəzərə almaq şərti ilə müttəfiqlərimizin bizə nə ilə kömək edə biləcəyini düşünməliyik”.

Zakaryan vurğulayıb ki, Rusiya həmişə ölkəsinin əsas silah tədarükçüsü olub və gələcəkdə də belə qalmalıdır: “Digər şeylərlə yanaşı, Ermənistan ordusunun bütün strukturu Rusiya silahlarına uyğunlaşdırılıb”. Mövcud hakimiyyət tərəfindən fəal şəkildə irəli sürülən hərbi təchizatın diversifikasiyası ideyasına gəlincə, Müdafiə Nazirliyinin keçmiş rəis müavini razılaşır ki, müasir hərbi sənət, döyüş qaydaları və müdafiə qabiliyyətinin təmin edilməsi silah mənbələrini diversifikasiya etmək lazım olduğunu göstərir. Amma qeyd edir ki, bütün bunlar yalnız xarici siyasət balanslaşdırılmış və müstəqil qərar qəbul etmək imkanı olduqda doğrudur: “Yanlış, düşünülməmiş xarici siyasət fonunda silahlar üçüncü və ya dördüncü yerə düşür. Hazırkı hakimiyyətə hardansa kənardan deyirlər: “Rusiyaya qarşı düşmənçiliyin “dozasına” ehtiyacınız var, Rusiya Federasiyası ilə münasibətləri pozmalısınız, biz sizi hər şeylə təmin edəcəyik” və sonra sizi aldadırlar. Bundan başqa,  siz özünüz 6 milyard dollarlıq silahı düşmənə təhvil vermisinizsə, nə danışa bilərik?”. Beləliklə, bu açıqlama ilə etiraf edilir ki, 44 günlük müharibə və ondan sonra Ermənistanın 6 milyard dollarlıq silahı ya məhv edilib, ya da Azərbaycanın əlinə keçib. Bundan başqa, Qərb də Ermənistana istənilən hərbi texnikanı vermir. Bunu erməni politoloq Beniamin Matevosyan da xüsusi olaraq vurğulayır. O qeyd edir ki, Qərb Ermənistanı Ukraynadan da sərt şəkildə tərk edib: “Paşinyan və komandasının Brüssel, Vaşinqton səfərlərinin necə bitəcəyi əvvəldən bəlli idi... Qərb Ermənistanı tərk etdi, Ukraynadan daha sərt şəkildə tərk etdi. Ukraynaya Qərb ən azı bir nöqtədə hərbi yardım edirdi, amma Paşinyan hətta yardım və dəstək haqqında aydın razılaşmalar olmadan Qərbə tərəf qaçdı. Və bütün bunlar Fransa Senatının qətnaməsi və Azərbaycanla sərhəddə deyil, nümayişçiləri dağıtmaq üçün İrəvanda daha çox lazım olan fransız ağır zirehli ciplərinin alınması ilə başa çatdı. Paşinyana xidmət edən informasiya zibil qutuları yaxınlaşan müharibənin iyini hiss edərək artıq ulamağa başlasalar da, bu, şəxsən onları xilas etməyəcək”. ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu da vurğulayır ki, Qərbdən istədiyi dəstəyi ala bilməyən Ermənistan Rusiyanın qarşısından geri çəkilməyə başlayır. Ekspertlərin fikrincə, Ermənistan baş naziri Nikol Paşinyan artıq Moskva qarşısında əyilir: “Hərçənd, Ermənistanın Rusiya ilə danışıqlara yenidən can atmasının diplomatik tələ olduğunu deyənlər və bu barədə xəbərdarlıq edənlər də var”. Qeyd olunub ki, Rusiya mənbələri Moskvadan uzaqlaşdığına görə İrəvanın peşman olduğunu nümayiş etdirir: “Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin məsləhətlərinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına mane olduğunu iddia edib və Rusiyanın rəhbərlik etdiyi danışıqların daha perspektivli olduğunu deyib”.

Xatırladaq ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyanı onun xahişi əsasında qəbul edib. Tərəflər İrəvanla Bakı arasındakı sülh prosesini müzakirə ediblər. Bundan sonra Rusiyanın xarici işlər naziri deyib ki, Azərbaycanla Ermənistan arasında irəliləyişin olmaması İrəvanın mövqeyindən qaynaqlanır. Onun sözlərinə görə, Rusiya heç vaxt Ermənistanla münasibətlərin pisləşməsinin təşəbbüskarı olmayıb. Amma bunu İrəvan edib. Beləliklə, Qərblə Rusiyanın qlobal qarşıdurmasında bu dəfə Ermənistan qurbanlıq piyada rolunu oynamağa müvəffəq olub. Qərbin ümid verib, çətin anda yardım göstərmədiyi digər ölkələr də var. İndi növbə Ermənistandadır, şübhə yoxdur ki, ondan da istifadə edib kənara atacaqlar. Qeyd edək ki, Qərb diplomatları Ermənistana anti-Rusiya sanksiyalarına qoşulmağı məsləhət görür. Aydın məsələdir ki, Qərb bu işdə öz maraqlarını güdür və regionda marionet dövlətə çevrilmiş erməni dövlətçiliyinin tənənzzülü, iqtisadiyyatının çöküşü perspektivi Qərbi qətiyyən narahat etmir. Bundan əlavə, anti-Rusiya sanksiyalarına qoşulmaq Ermənistanın can verən iqtisadiyyatının tam çöküşü ilə nəticələnə bilər. Amma bununla belə, rəsmi İrəvanın Qərbdəki ağaları ciddi-cəhdlə Paşinyan hökumətindən belə bir addım atmağı tələb edirlər. İndi Paşinyan nə Qərbə, nə də Rusiyaya müqavimət göstərə bilir.

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031