KÖHNƏ VERSİYA            

Bakı-Ankara-Moskva arasında Zəngəzurla bağlı vahid mövqe - İrəvanın müqaviməti qırılır...

Image

Ermənistandan keçərək Azərbaycanla Naxçıvanı birləşdirəcək marşrutun bərpasına alternativ yoxdur. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov keçirdiyi illik mətbuat konfransında bildirib.

Lavrov bu marşrutun açılmasına nəyin mane olduğunu bilmədiyini deyib: “Son günlər Azərbaycan və Ermənistan liderləri öz ictimai çıxışlarında Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin olunması məsələsinə toxunublar. Ermənistan baş naziri Paşinyan çıxışında Zəngəzur dəhlizinin qətiyyətlə əleyhinə olduğunu bəyan edib. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatında qeyd olunub ki, regionda bütün kommunikasiyalar açılır, Ermənistan tərəfi Azərbaycanla Naxçıvan arasında kommunikasiyanın açılması öhdəliyini öz üzərinə götürüb və razılaşmaya görə həmin kommunikasiyanın təhlükəsizliyini Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları təmin etməlidir”. Lavrov Paşinyanın Azərbaycandan Naxçıvana İranın təqdim etdiyi şərtlərlə marşrut təqdim etməyə razı olması ilə bağlı bəyanatına da münasibət bildirib. Qeyd edib ki, bu iki marşrutu müqayisə etmək məntiqsizdir: “Paşinyanın Ermənistan ərazisindən tranzit üçün Azərbaycandan Naxçıvana İran vasitəsilə tranzitdə istifadə olunacaq eyni şərtləri istəyir. Burada heç bir məntiq görmədim, düzünü desəm, bu marşrutları müqayisə etmək yersizdir. 2021-ci ildə Ermənistan, Rusiya və Azərbaycan Baş nazirlərinin müavinləri səviyyəsində yaradılmış üçtərəfli işçi qrupu çərçivəsində razılaşdırılıb ki, bütün əlaqələr və marşrutlar blokdan çıxarıldıqda, ərazisindən istənilən marşrutun keçdiyi ölkələr öz ərazilərində bu marşrutlar üzərində suverenlik və yurisdiksiyanı tam olaraq saxlayır. 2023-cü ilin iyununda baş nazirin müavinləri səviyyəsində onlar ilk növbədə dəmir yolu ilə bu cür əlaqəni bərpa etmək barədə razılığa gəliblər: bu barədə razılığa gəlinib, bunu prezident Putin İrəvanda səfərdə olarkən, Paşinyanla ayrıca KTMT sammiti çərçivəsində müzakirə edib. Yaxşı xatırlayıram ki, hər şey çox müsbət qarşılandı, amma sonra nəsə oldu. Təbii ki, başa düşürük ki, əldə olunmuş razılaşmalardan belə geri çəkilmə nadir hal deyil və bu razılaşmaların kağız üzərində tamamlanmasına nəyin mane olduğundan, Azərbaycanla Naxçıvan arasında nəqliyyatın açılması prinsiplərindən xəbərsizəm. Yaxşı bilirik ki, qərbli dostların “yaxşı” məsləhətləri Cənubi Qafqazda həmişə mövcuddur və bu məsləhət bəzən prosesin bu və ya digər iştirakçısı tərəfindən qəbul edilir”. 

Bununla belə o, Zəngəzur dəhlzinin bərpasına alternativin olmadığını vurğulayıb. Onun sözlərinə görə, bu marşrutun hələ də açılmamasının səbəbi İrəvanın mövqeyindədir, kimsə bu barədə İrəvana məsləhət verir: “Avropa İttifaqı, Fransa, Almaniya və ABŞ başa düşən kimi ki, Ermənistan-Azərbaycan prosesi nəticələr verir, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinin hazırlanması ilə bağlı nəticələr var, dərhal dəvətsiz bu proseslərə daxil oldular və spoyler rolunu oynadılar. Düşünürəm ki, 2020-2022-ci illərdə imzalanan bu üçtərəfli razılaşmaların qiymətləndirilməsinin vacibliyindən utanmaq lazım deyil. Ermənistan üçün Zəngəzur vilayətindən keçməklə marşrutun açılması kimi belə bir praktik, sərfəli bir şeyin hələ də kağız üzərində qalması çox kədərlidir. Nəqliyyat marşrutunun açılmasını həyata keçirməkdə çətinlik çəkən məhz Ermənistandır. Marşrut boyu təhlükəsizliyin təmin edilməsi ilə bağlı yeni tələblər irəli sürən də Ermənistandır. rmənistanın suveren ərazisindən keçən marşrut Rusiya Federasiyası FTX-nın sərhəd xidmətinin nəzarəti altında olmalıdır. İndi Ermənistan bunu istəmir. Halbuki, Azərbaycandan Ermənistana girişdə və Ermənistandan çıxışda nəzarət prosedurları da razılaşdırılıb”.

Beləliklə, bu açıqlamalardan göründüyü kimi, Rusiya Zəngəzur dəhlzinin açılmasını və üçtərəfli razılqda təsbit edildiyi kimi nəzarətin də məhz Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən həyata keçirilməsini istəyir. Əslində, bu məsələdə Kremllə Bakının mövqeləri üst-üstə düşür. Qeyd edək ki, bu günlərdə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində sözügedən məsələyə geniş toxunub. Dövlət başçısı qeyd edib ki, Ermənistan Zəngilanla Ordubad arasındakı ərazidə maneəsiz keçid verməlidir: “Bu onların öhdəliyidir. Mən artıq demişəm, bir daha demək istəyirəm, Azərbaycandan Azərbaycana gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidirlər. O ki qaldı, digər ölkələrin yüklərinə, əgər, məsələn, Orta Asiyadan Türkiyəyə bir yük Ermənistan ərazisindən göndərilirsə və hətta Azərbaycandan Türkiyəyə hansısa bir yük göndərilirsə, təbii ki, bütün gömrük rüsumları da ödənilməlidir. Yəni bu çox ədalətli mövqedir. Bir məsələ də önəmlidir, bu yolun təhlükəsizliyi. Çünki mən dəfələrlə Ermənistan rəhbərliyinə demişəm ki, Ermənistanın qarantiyaları bizə kifayət deyil. 10 noyabr bəyanatında göstərilmişdi ki, Rusiya sərhədçiləri 42-43 kilometr ərazidə təhlükəsizliyi və nəzarəti həyata keçirirlər və bu öhdəlik yerinə yetirilməlidir. Ermənistan isə bundan indi boyun qaçırmaq istəyir. Halbuki, bu da məntiqli deyil. Çünki Rusiya sərhədçiləri Ermənistanın, İrəvanın aeroportundadırlar, Ermənistan-İran, Ermənistan-Türkiyə sərhədindədirlər. Niyə orada onlar qala bilərlər, amma burada qala bilməzlər? Sadəcə olaraq, bu bir bəhanədir ki, bu yol açılmasın”.  Bununla yanaşı, Prezident onu da qeyd edib ki, məsələ ilə bağlı gərginlik yaratmağa çalışan Ermənistanın havadarı Fransadır. Ekspertlər isə bildirir ki, Fransa belə yanaşma ilə Ermənistanın özünü təhlükəyə atır. Halbuki, İrəvan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarından biri olan Zəngəzur dəhlizinin açılması məsələsini də öhdəlik kimi öz üzərinə götürüb. Həmin bəyanatda da qeyd olunur ki, maneəsiz hərəkət Ermənistan tərəfindən təmin edilməlidir. İranın isə Azərbaycan qarşısında belə bir öhdəliyi yoxdur. İrəvan onu da unutmamalıdır ki, Zəngəzur dəhlizi açılmasa, Türkiyənin Ermənistanla sərhədlərini açması mümkün deyil. Türkiyə ilə Azərbaycan bu məsələdə birgə məsləhətləşir və qərarlar qəbul edirlər. Türkiyənin Zəngəzur dəhlizi ilə bağlı məsələdə birbaşa iştirakını şərtləndirən hüquqi baza isə rəsmi Bakı və Ankara arasında 16 iyun 2021-ci il tarixində imzalanan “Şuşa bəyannaməsi”dir. Tərəflər razılaşmada bəyan ediblər ki, “Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəhlizin (Zəngəzur dəhlizi) açılması və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisi iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə töhfə verəcək”. İndi bu vəziyyətdə Azərbaycan, Türkiyə və Rusiya kimi regional oyunçuların mövqeyi qarşısında Ermənistanın Zəngəzur dəhlizinin açılmasına müqaviməti sadəcə mümkünsüzdür. Hətta Fransa onun yanında olsa belə.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031