Mənzil satışında yeni üsul - müştəriyə daha yaxşı şərait yaradıldı...
Elxan Əliyev: “Vətəndaş həm ev sahibi olacaq, həm də aylıq ödənişdə çətinlik çəkməyəcək”
Əhalinin sosial problemlərindən biri də evsizlikdir. Bakıda, nəinki maddi durumu aşağı və zəif olan şəxslər, hətta orta təbəqədən olan insanlar da mənzil əldə edə bilmir, illərlə yüksək qiymətə kirayədə qalmalı olurlar. Bu isə cəmiyyətdə sosial gərginliyi daha da artırır.
O da məlumdur ki, bu gün şəhərin istənilən yerində binalar ucalır. Həmin binalar isə müxtəlif tikinti şirkətləri tərəfindən inşa edilir. Lakin MTK-ların müəyyən etdiyi qiymət siyasəti heç də hər kəsin büdcəsinə uyğun olmur.
Məlumat üçün bildirək ki, bu günlərdə “Park Yasamal”da yeni mənzillər təqdim olunub. Təqdim olunan yeni mənzillərin özəlliyi ondan ibarətdir ki, əmlak əldə etmək istəyənlər satış ofisinə yaxınlaşmalıdır. Yalnız satış ofisinə yaxınlaşanlar şəxsi büdcəsinə uyğun aylıq ödənişi özü təyin edərək mənzil sahibi ola bilərlər. Qeyd edək ki, “Kristal Abşeron” bu problemin həlli yolunda ciddi addımlar atır. Şirkətin inşası davam edən bir çox layihələri geniş, yaşıl həyətə malikdir. Bu layihələrdən biri də “Park Yasamal”dır.
“Ancaq Kristal Abşeronun “Park Yasamal” layihəsi ev almaq istəyənlərə fürsət verir ki, şəxs öz büdcəsinə uyğun aylıq müəyyən etsin, bu isə…”
Sosial sahə üzrə ekspert Elxan Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu gün ölkə əhalisini narahat edən əsas məsələlərdən biri məhz evsizlikdir: “Məlumdur ki, hər kəs dövlət xəttilə ipotekadan yararlana bilmir. Yararlananlar isə aylıq ödənişin çoxluğundan narahat olur. Qeyd edim ki, bu hal daxili ipotekaya da müşahidə olunur. Daxili ipotekada aylıq ödənişin həcmi lap çox olur. Hətta bəzi ailələr ödənişi edə bilmədiyi üçün evləri əlindən alınır. Ancaq Kristal Abşeronun “Park Yasamal” layihəsi ev almaq istəyənlərə fürsət verir ki, şəxs öz büdcəsinə uyğun aylıq müəyyən etsin. Bu isə təqdirəlayiq haldır. Vətəndaş həm ev sahibi olacaq, həm də aylıq ödənişdə çətinlik çəkməyəcək”.
Günel CƏLİLOVA