Baş Prokurorluq 43,1 milyon manatlıq əmlaka həbs qoyulduğunu açıqladı...
tən ili ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 91 milyon 555 min 723 manat məbləğində maddi ziyandan 36 milyon 118 min 14 manatının ödənilməsi təmin olunub.
Bu barədə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov 2023-cü il ərzində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirib.
“Zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 43 milyon 180 min 362 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunub. Bundan başqa, ötən dövrdə icraatına xitam verilmiş cinayət işləri üzrə özgə əmlakına vurulmuş 13 milyon 926 min 714 manat məbləğində maddi ziyan tam olaraq ödənilib”, - deyə idarə rəisi qeyd edib.
ZÜMRÜD