Vasif Talıbovun qardaşı oğlunun avtomobili cərimə meydançasında...
Naxçıvan Muxtar Respublikasının sabiq rəhbəri Vasif Talıbovun qardaşı oğlu Elnur Talıbovun avtomobili 20 gündən çoxdur ki, Bakıda Dövlət Yol Polisinin cərimə meydançasındadır. Bu barədə TNS-ə özəl mənbələrdən məlumat daxil olub. Məlumata görə, Elnur Talıbov dəfələrlə yol hərəkəti qaydalarını pozduğuna görə onun bahalı avtomobili cərimə meydançasına aparılıb.
Bu, bir daha onu göstərir ki, Azərbaycanda hər kəs qanun qarşısında bərabərdir. Bu fakt Vasif Talıbovun “dirildiyini” iddia edənlərə də tutarlı cavabdır. Qeyd edək ki, Elnur Talıbov Naxçıvan Muxtar Respublikası prokurorunun sabiq müavini Məhərrəm Talıbovun oğludur.
TNS.AZ