Məşhur repçi məişət zorakılığına görə həbs olundu
Amerikalı 26 yaşlı repçi “Tekashi 6ix9ine” (Deniel Ernandes) yenidən həbs edilib. Bu barədə Associated Press məlumat yayıb.
Bildirilib ki, musiqiçi Dominikan Respublikasında məişət zorakılığında ittiham olunur. Reper hazırda Santo Dominqo həbsxanasındadır. Onun istintaq zamanı həbsdə saxlanılıb-saxlanmayacağına yaxın vaxtlarda məhkəmə qərar verəcək. Agentlikdə reperin vəkilinin olub-olmaması barədə də məlumat yoxdur. Qeyd edək ki, Deniel əvvəllər də bir neçə dəfə həbs olunub.
Mətləb Salahov