“Le Figaro” yenə Azərbaycan əleyhinə yalanlar uydurur...
Artıq Fransada anti-Azərbaycan təbliğatı fransızlar üçün “ana laylasına” belə çevrilib. Emmanuel Makrondan başlamış ta aşağılara qədər hər gün Azərbaycan haqqında yalan danışmaq bu ölkədə ənənə halı alıb. Bu dəfəki yalan karvanına indi də “Le Figaro” nəşrinin direktor müavini Jan-Kristof Buisson qoşulub. Bu zat özünün X-dəki mikrobloqunda yazır ki, guya bir “İlyuşin” yük təyyarəsi (götürmə qabiliyyəti 50 ton olan) hərbi texnika ilə son 2 həftə ərzində Bakı ilə Naxçıvan arasında 14 uçuş həyata keçirib, bu anklav İrəvandan 100 km-dən az məsafədə yerləşirmiş...
“İlyuşin”in gəlmə istiqaməti, təyinatı, silahı hardan, kimdən götürdüyü, bu faktın nə dərəcədə doğru olduğunu sübut etmək üçün laızm olan faktlar – ortada heç bir dəlil, sübut yox. Sadəcə nağıl dedi-qodusundan başqa heç nə!
Belə görünür ki, bundan sonra da Fransa mediası Azərbaycan əleyhinə olmazğın yalan və təxribatlarına davam edəcək...
Mətləb Salahov