KÖHNƏ VERSİYA            

Bahalaşma yenə də ərzaqdan başladı.... amma...

Image

Dövlət Statistika Komitəsi (DSK)  tərəfindən aparılan hesablamalara əsasən, ötən il Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 59 milyard manatlıq, o cümlədən 33 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 

2022-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 faiz, qeyri-ərzaq malları üzrə 5,2 faiz artıb.

Açıqlanan rəqəmlərdən bəlli olur ki, Azərbaycanda toplam pərakəndə ticarət dövriyyəsində ciddi artım var. Belə ki, 2022-ci ildə bu göstərici 52.2 milyard manat təşkil edib. Amma ötən il ərzində  əhalinin xərcləri 6.8 milyard manat və ya 13 faiz çoxalıb. Həcm baxımından 13 faizlik artım olsa da, pərakəndə ticarət dövriyyəsi, əsində inflyasiyanın təsiri nəzərə alınsa, 3.1 faiz artıb. Başqa sözlə, inflyasiya üzündən eyni miqdarda məhsul alışına daha çox pul xərclənib. DSK-nın rəqəmlərinə görə, ötən il Azərbaycanda inflyasiya 8.8 faiz olub. Əhalinin xərclərində daha çox yer tutan qida məhsulları üzrə qeydə alınan inflyasiya nisbətən daha yüksək – 9.8 faizdir. Ölkədə inflyasiya iki ildən sonra birrəqəmli həddə enib. Amma unutmaq olmaz ki, inflyasiyanın indiki səviyyəsi də normaldan yüksəkdir. Əhalinin ərzaq xərclərinin 50 faizə yaxın artması bunun əsas göstəricisidir. Üstəlik, Statistika Komitəsinin tədqiqatları göstərir ki, gəlir səviyyəsi daha aşağı olan ailələrin ərzaqa xərclədiyi pullar və həmin əhali qrupunun hiss etdiyi inflyasiya səviyyəsi ölkədə orta göstəricidən yüksəkdir. Ayrı-ayrı ərzaq məhsullarından daha çox artım yumru düyünün, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, zeytun yağının, narın, naringinin, üzümün, heyvanın, xurmanın, almanın, bananın, qozun, fındığın, xiyarın, pomidorun, sarımsağın, soğanın, balqabağın, limonadın, azalma isə əsasən qarabaşaq və manna yarmasının, çörəyin, mal və qoyun ətinin, kəsmiyin, süfrə marqarininin, qarğıdalı və günəbaxan yağlarının, portağalın, limonun, kələmin, yerkökünün, çuğundurun, kartofun, şəkər tozunun qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişiklik baş verməyib. Rəsmi rəqəmlərə görə, 2023-cü ildə pərakəndə ticarətdə əhalinin bir nəfəri orta hesabla ayda 484 manat xərcləyib. Aylıq adambaşına düşən ərzaq məhsulları alışı isə 271 manat olub. DSK-nın açıqladığı bilgilərdən aydın olur ki, Azərbaycanda əhalinin xərclərində əsas pay, hər zaman olduğu kimi, qida xərcləri ilə bağlıdır. Ötən il əhalinin pərakəndə ticarət xərclərinin 51.6 faizini ərzaq məhsullarına çəkilən xərc tutub. Bu rəqəm 2022-ci ildə də 51.6 faiz idi. Ancaq inflyasiyanın kəskinləşməsindən öncə - 2021-ci ildə qida xərclərinin toplam xərclərdəki payı nisbətən daha aşağı – 49.2 faiz olub. “Azadlıq” radiosu isə belə bir məqaam diqqət edi rki, tütün və içki məhsulları da nəzərə alınsa, ərzaq xərcləri Azərbaycanda əhalinin toplam xərclərinin 56 faizinə yüksəlir.

Onu da qeyd edək ki, ərzaq xərclərinə inflyasiyanın təsiri tədricən azalır. Belə ki, 2022-ci ildə Azərbaycanda qida məhsulları üzrə inflyasiya 20 faizi aşmışdı. Həmin illə bağlı açıqlanan istehlak səbəti göstəricilərindən bilinir ki, əhali 2021-ci illə müqayisədə, fiziki həcm olaraq, 2.5 faiz çox məhsul alıb və bu artıma baxmayaraq, ərzaq məhsulları üçün ödənişlər 22.3 faiz artım göstərib. Ərzaqdan sonra əhalinin toplam xərclərində ən çox paya sahib ikinci istiqamət toxuculuq məhsulları, geim və ayaqqabıdır. Pərakəndə ticarət dövriyyəsində belə məhsulların payı 14.3 faiz olub. 2022-ci ildə bu rəqəm 14.1 faiz idi. Deməli, əhalinin geyimlə bağlı xərclərinin toplam xərclərdəki payında önəmli dəyişiklik baş verməyib. Ancaq o da var ki, DSK ötən il Azərbaycanda geyim istehsalının 15 faiz azaldığını qeydə alıb. Belə azalma ortamında pərakəndə ticarətdə geyimlə bağlı xərclərin azalmaması onu göstərir ki, daxili istehsaldakı azalma daha çox idxal edilən geyim məhsullarına yönəlmədən qaynaqlanır. Xatırladaq ki, son illər ölkə əhalisi geyimi daha çox Türkiyədə yerləşən elektron ticarət platformalarından almağa başlayıb. Bunun əsas səbəbi yerli məhsulların həm qiymət, həm də keyfiyyət baxımından xarici məhsullarla rəqabətdə uduzmasıdır. Ötən il əhali toxuculuq məhsullarına, geyim və ayaqqabıya toplam 8.4 milyard manat xərcləyib. Pərakəndə ticarət döviyyəsində özəlliklə əczaçılıq məhsulları və tibbi gərəklərlə bağlı xərclər diqqət çəkir. Belə ki, 2022-ci ildə Azərbaycan əhalisi bu istiqamətdə 1.1 milyard manat xərclədiyi halda, ötən il xərclərini 1.3 milyard manata yüksəldib. Başqa sözlə, xərcləri təxminən 200 milyon manata yaxın artıb. Maraqlıdır ki, 2023-cü ildə əhalinin əldə etdiyi tibbi məhsullar gerçək ifadədə 4.8 faiz azalıb, yəni ötən il əhali dərmana 200 milyon manat daha çox pul xərcləsə dəb, 4.8 faiz daha az dərman alıb. Bunlarla yanaşı, avtomobil yanacağına xərclənən vəsaitin əhalinin toplam xərclərindəki payı 5.2 faiz, elektrik malları və mebelə xərclənən vəsaitin payı 4.4 faiz, kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına xərclənən vəsaitin payı isə 1.1 faiz olub. Bu istiqamətlərin toplam xərclərdə payı öncəki illə müqayisədə önəmli ölçüdə dəyişməyib. Beləliklə, inflyasiyaya daha çox ərzaq məhsulları yol açır. Elə bu fonda Nazirlər Kabineti “İdxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının siyahısı”nı təsdiq edib. Qərara əsasən, siyahıya süfrə zeytunu, eləcə də suxarı və peçenyelər; konservləşdirilmiş təzə pirojnalar və şirniyyatlar, makaron, əriştə, kuskus və oxşar un məmulatları və kakao, şokolad və şəkərli şirniyyat məmulatları daxildir. Hesab edilir ki, bu qəbildən olan hallar idxal inflyasiyasını azaldacaq. Bu da ümumi qiymət artımının enməsinə gətirib çıxaracaq.

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031