KÖHNƏ VERSİYA            

Pakistan - İran toqquşması qapıdadır - İranın səhvi...

Image

İran və Pakistan arasında münasibətlərin getdikcə daha gərgin xarakter alması müşahidə edilir. Buna səbəb İranın son addımlarıdır. Xatırladaq ki, bu günlərdə İran İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah) “Ceyş əl-Ədl” qruplaşmasının Pakistandakı qərargahlarına zərbələr endirib. Zərbələr raket və dronlar vasitəsilə vurulub. Beləliklə, “Sepah” ilk dəfə Pakistan ərazisini vurmuş olub.

İranın “Tasnim” Xəbər Agentliyinin məlumatında qeyd olunub ki, zərbələr Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisində endirilib. Pakistanın Xarici İşlər Nazirliyi sərhəddəki insidentlə əlaqədar İranın müvəqqəti işlər vəkilini çağıraraq ona etirazını bildirib: “Pakistanın qətiyyətli etirazı artıq Tehranda İranın Xarici İşlər Nazirliyinin müvafiq yüksək vəzifəli rəsmisinin diqqətinə çatdırılıb. Bundan əlavə, İranın müvəqqəti işlər vəkili Pakistanın suverenliyinin açıq-aşkar pozulmasını qəti şəkildə pislədiyimizi və bunun sonuclarını İranın daşıyacağını bildirmək üçün Xarici İşlər Nazirliyinə çağırılıb. Pakistan suverenliyinin pozulması qətiyyən qəbuledilməzdir və bunun ciddi fəsadları ola bilər”.  Eyni zamanda, İslamabad hadisə nəticəsində iki uşağın öldüyünü, daha üç nəfərin yaralandığını açıqlayıb. Bunun ardınca Pakistan İrandakı səfirini geri çağırıb. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian isə qeyd edib ki, İran Pakistanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir. O bildirib ki, Pakistan ərazisinə zərbələr oradakı iranlı terrorçuların hədəf alınması zamanı baş verib. XİN başçısının sözlərinə görə, bu addımlar Pakistanın və bütün regionun təhlükəsizliyinin maraqlarına cavab verib: “Biz milli təhlükəsizliyimizin təhdid altına düşməsinə imkan verməyəcəyik. Söhbət milli maraqlarımızdan gedirsə, heç bir tərəddüdümüz yoxdur”. Bu fonda Pakistanın müvəqqəti hökumətinin xarici işlər naziri Cəlil Abbas Cilani iranlı həmkarına sərt cavab verib: “Rəsmi İslamabad İranın Pakistan ərazisinə hərbi hücumuna cavab vermək hüququnu özündə saxlayır”. Pakistanın bu hücumu qeyd-şərtsiz pislədiyini bildirən XİN rəhbəri insidentin ölkələr arasında ikitərəfli münasibətlərə ciddi ziyan vurduğunu əlavə edib. Bunun ardınca Pakistan İran ərazisində məxfi antiterror əməliyyatı keçirib. Belə ki, Pakistan Hərbi Hava Qüvvələri İranın Sistan və Bəlucistan əyalətinin Seravan dairəsinə aviazərbələr endirib. “Reuters”in məlumatına görə, İrandakı hədəflərə raket hücumları həyata keçirən Pakistan Hərbi Hava Qüvvələrinin qırıcıları İranın hava məkanına daxil olub, terrorçuların sığınacaqlarını vurduqdan sonra geri qayıdıb. Çox sayda terrorçunun məhv edildiyi vurğulanır.

Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü İran ərazisinə endirilən zərbələri təsdiqləyərək, onların hədəfinin terrorçuların sığınacaqları olduğunu bildirib. Qeyd olunub ki, yanvarın 18-də səhər saatlarında Pakistan İranın Sistan və Bəlucistan əyalətində terrorçuların sığınacaqlarına yüksək koordinasiyalı və dəqiq zərbələr endirib: “Nəticədə bir neçə terrorçu məhv edilib. İran daxilindəki “sarmaçarlar” adlanan terrorçuların mövcudluğu bizi narahat edir. Lakin ciddi narahatlığımıza baxmayaraq, heç bir tədbir görülmür. Həyata keçirilən əməliyyatın əsasında “sarmaçarlar”ın genişmiqyaslı terror fəaliyyətlərinə hazırlanmasına dair ciddi kəşfiyayt mənbələri dayanır”. Bildirilib ki, bu əməliyyat Pakistanın milli təhlükəsizliyini qorumağın təzahürüdür: “Bu olduqca mürəkkəb əməliyyatın uğurla həyata keçirilməsi həm də Pakistan Silahlı Qüvvələrinin peşəkarlığının göstəricisidir. Pakistan xalqının təhlükəsizliyini qorumaq üçün bütün lazımi addımları atmağa davam edəcək. Pakistan İranın suverenliyinə və ərazi bütövlüyünə tam hörmət edir. Bugünkü əməliyyatın yeganə məqsədi Pakistanın öz təhlükəsizliyini qoruması idi”. XİN-in bəyanatında vurğulanıb ki, Pakistan beynəlxalq ictimaiyyətin məsul üzvü kimi dövlətlərin ərazi bütövlüyü və suverenliyi də daxil olmaqla BMT nizamnaməsinin prinsiplərini dəstəkləyir: “Pakistan suverenliyinin və ərazi bütövlüyünün mübahisələndirilməsinə heç vaxt icazə verməyəcək. İran qardaş ölkədir və Pakistan xalqı İran xalqına böyük hörmət və məhəbbət bəsləyir. Biz terrorizm təhlükəsi də daxil olmaqla, ümumi çağırışlarla mübarizədə həmişə dialoq və əməkdaşlığı vurğulamışıq və birgə həll yolları tapmağa çalışacağıq”. Bunlar fonunda Pakistanın keçid hökumətinin baş naziri Ənvər-ül-Haq Kakar Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakını yarımçıq qoyaraq, tələsik İslamabada uçub. Onu da qeyd edək ki, Pakistan, Əfqanıstan və İranın sərhədyanı ərazilərində bəluclar yaşayır. Bu etnik qrup İranda məzhəb fərqi, etnik mənsubiyyətinə görə daim diskriminasiyaya məruz qalır. Pakistan bundan daim narazılıq edir. İranın Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin imam cüməsi Mövləvi Əbdül-Həmidin Cümə namazı xütbələrində Tehran rejimi tənqid edilir. Bir qayda olaraq, bölgədə hər cümə günü İran hakimiyyətinə qarşı etiraz aksiyaları keçirilir. Tehran hakimiyyəti bu əyaləti daim təzyiq və nəzarətdə saxlayır. Regionda elan edilməmiş fövqəladə hərbi-polis rejimi mövcuddur. İranın Pakistanı raket atəşinə tutması barədə danışan Türkiyə Hava Qüvvələrinin istefada olan general-polkovniki Ərdoğan Karakuş məsələ ilə bağlı “axar.az” portalına bildirib ki, hazırda İranda dövlət idarəçiliyi sarsıntı içərisindədir. Belə sarsıntı içərisində ikən Pakistanla yaxşı münasibətlər qurmaq yerinə, atdıqları addımı son dərəcə yanlış adlandıran general-polkovnik İranı düşünülməmiş addımlar atmaqdan çəkinməyə çağırıb: “İranın daxilində çoxlu problemləri var. Xüsusilə Bəlucistanda İranı sıxışdırırlar. Yeri gəldi-gəlmədi, məsələnin kökünü Pakistanda axtarırlar. Məncə, İran belə düşünülməmiş addımlar atmaqdan çəkinməlidir. Çünki vəziyyət gərginləşsə, Pakistan İran ordusunu silib-süpürər. Yəni Pakistan hərbi baxımdan qat-qat güclüdür, ancaq Hindistanla yaşanan problemlərə görə tələskənlik etmək istəmir. Fikrimcə, belə gərgin geosiyasi vəziyyətdə Türkiyə, Azərbaycan, Pakistan və İran bir-birinə kömək etməlidir”. Karakuş hadisənin “Sepah”ın içərisində İran-Pakistan yaxınlaşmasını istəməyən qüvvələr tərəfindən təşkil olunma ehtimalını istisna etməyib: “Sepah”ın içərisində İran və Pakistan arasında vəziyyətin gərginləşməsini istəyən qüvvələrin də durumdan istifadə etməsi mümkündür. Yaxın keçmişdə də bunun nümunələri var. Türkiyə Cümhuriyyəti müstəqilliyini qazanandan sonra ingilislər yaxınlaşmanın qarşısını almaq üçün İranda türk sülaləsi olan Qacarları devirdilər və yerinə Pəhləviləri gətirdilər. İndi bu versiyanı da diqqətdən kənarda saxlamaq olmaz. Bölgədə öz planlarını həyata keçirmək istəyən qüvvələr heç vaxt müsəlman ölkələrinin birliyini istəməz. Bunu unutmamalıyıq”.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031