KÖHNƏ VERSİYA            

Qumar erməni ordusunu bürüdü - Məsələ parlamentə çıxdı...

Image

Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük müharibə zamanı məhv etdiyi Ermənistan ordusunda hələ də acınacaqlı vəziyyət hökm sürür. Ermənistanın “Past” nəşri yazır ki, verilən vədlərə baxmayaraq, ordu yarıtmaz durumdadır, bu səbəbdən də yenə çoxsaylı itkilər var: 

“Bu yaxınlarda, məlum olduğu kimi, erməni hərbi qulluqçu Benyamin Manuçaryan tərxis olunmaq ərəfəsində döyüş mövqeyindən dislokasiya yerinə gedərkən çovğun zamanı qarın altında qalıb və dünyasını dəyişib”.

Nəşr qeyd edib ki, baş verən hadisə nə qədər erməni cəmiyyətinin bir hissəsi olsa da, ölkədəki hakim rejim belə hadisələrə biganə qalır: “Vaxtilə bugünkü rejimin lideri Nikol Paşinyan əsgərin orduda, xüsusən də qeyri-döyüş şəraitində ölməsi ilə bağlı istənilən hadisəni özünün əsas çıxışına çevirirdi. Söhbət, hətta “keçmiş” Nikol Paşinyandan getmir. Söhbət “müxalifətdə işləyən” və “xalq tribunası” hesab edilən Paşinyandan gedir. Amma indi vəziyyət başqadır. İl yeni başlayıb, amma artıq Ermənistan ordusunda azı 4 itki var və heç kim buna görə cavab verməyib”. Bir neçə gün öncə isə Ermənistan ordusunun Basarkeçərdə yerləşən mövqelərində iki zabitin qətlə yetirilməsinin təfərrüatı məlum olub. Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan bu xüsusda qeyd edib: “İlkin məlumatlara görə, qətl qumar borcuna görə baş verib. Hazırda araşdırma aparılır”. Qeyd edək ki, yanvarın 9-da leytenant Mikael Danielyan və zabit Karen Karapetyan Basarkeçərdə yerləşən mövqelərdə öldürülüblər. Parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryan da baş verənlərlə bağlı maraqlı açıqlama verib. O bildirib ki, Ermənistan Silahlı Qüvvələrində qumar oyunları ilə bağlı ciddi problemlər var. Deputat bu sahənin ciddi nəzarətə götürülməli olduğunu vurğulayıb: “Heç kimə sirr deyil ki, narkotrafik və narkomaniyadan sonra bizim ən böyük problemimiz qumar oyunlarıdır. Bir çox ailə bundan əziyyət çəkir. Müvafiq qanun layihəsini dəstəkləyirəm, çünki bu, silahlı qüvvələrdə bu sahəyə nəzarət etməyə imkan verəcək. Deməliyəm ki, orduda qumarla bağlı ciddi problem var... Hərbi qulluqçuların xidmət zamanı qumar oyununa cəlb edilməsi açıq-aydın çox böyük mənfi nəticələrə gətirib çıxarır”. Erməni hərbi ekspert Hayk Nahapetyan bu fonda qeyd edir: “Orduda dinc şəraitdə ölənlərin sayı Ermənistan Silahlı Qüvvələrinin nizam-intizamından və əhval-ruhiyyəsindən xəbər verən ciddi göstəricidir. İki zabitin ölümü isə qeyri-döyüş itkisidir və eyni ordu korpusunda bu, özlüyündə vəziyyətə nəzarət etmədiklərini göstərir. Bildiyimə görə, bu hərbi hissənin komandiri vəzifəyə yeni təyin olunub və baş verənləri onun üzərinə yıxmağa çalışsalar, başqaları məsuliyyətdən yayınacaq”.  Qeyd edək ki, erməni hərbi qulluqçular tərəfindən hərbi hissədə, xidmət yerində və hərbi vəzifə borclarını yerinə yetirərkən qumar oyunlarında iştirak etmə və ya bu oyunları təşkil etməyə görə cinayət qanunvericiliyində məsuliyyət müəyyən ediləcək. Artıq  bu barədə Ermənistan parlamentində dövlət və insan hüquqları məsələləri üzrə daimi komissiyada müzakirələr aparılıb. Yeni qanun layihəsinin həmmüəllifi olan hakim partiyanın üzvü Karine Acemyan bu məqsədlə Ermənistan cinayət qanunvericiliyində dəyişikliklər edilməsini təklif edib. O, qumar sahəsində əmlak, əmlak hüququ, qiymətli kağızlar və ya başqa üstünlüklərin əldə edilməsi ilə müşayiət olunan bu oyunların çağırış hesab olunmaqla, erməni cəmiyyəti üçün problem olduğunu bildirib. Komissiya üzvləri qumar oyunlarının qadağan olunmasının Ermənistan silahlı qüvvələrində cinayət sayının artmasına səbəb olacağına diqqət çəkib. Ancaq qanun layihəsinin müəllifi olan Acemyan isə əksinə, bunun cinayətkarlığın azalmasına səbəb olacağını iddia edib.

Orduda qumar və digər neqativ halları Ermənistan parlamentində sual-cavab zamanı baş nazir Nikol Paşinyan da etiraf edib.  O vurğulayıb ki, hərbi qulluqçulara qanunvericilik səviyyəsində mərc oynamağı qadağan etməyi əmr edib: “Hərbi qulluqçuların qeyri-döyüş şəraitində həlak olmasının səbəbləri dərindir, lakin biz tədbirlər görürük. Mən tapşırdım ki, hərbi qulluqçulara qanunvericilik səviyyəsində mərc etmək qadağan olunsun. Biz institusional qərar verməliyik”.Orduda baş verən hadisələrə toxunan Paşinyan daha sonra bildirib: “2018-ci ilə qədər orduda qeyri-döyüş şəraitində 1000-ə yaxın insident baş verib və bunun səbəbləri çox dərin olub. Biz müdafiə nazirilə sonuncu məsləhətləşmədə danışdıq, dedim ki, bəli, gedin, qanunvericilik aktlarını düzəldin, hərbi qulluqçulara mərc etməyi qadağan edin. Çünki insan tələyə düşəndə, on milyonlarla borc toplayanda, sonra həmin borc sahiblərinin təzyiqindən bezir və nəsə etmək qərarına gəlir. Bəli, əlbəttə ki, bu bizim məsuliyyətimizdir, lakin biz institusional həllər təqdim etməliyik. Ya da zəng edəndə deyirlər ki, süfrə açılıb, uşağımızı necə istəyirsiniz gətirin, yerinə çatdırın. Bunun üçün də hər cür vasitədən istifadə edirlər”. İndi belə bir ordu ilə Azərbaycana qarşı revanşdan danışan ermənilərin istəkləri sadəcə gülməlidir.  Hayk Nahapetyan da qeyd edir ki, Ermənistan ordusunda baş verən hər şey sistemli bir hadisədir: “Qərarları əsasən müdafiə naziri verir, o, rəsmi olaraq hər şeyə cavabdehdir. Suren Papikyanın hərbi karyerasına nəzər salsaq, çox şey görmərik. İnsanın biliyi yoxdursa, hansısa məsələ ilə bağlı ona bir neçə təklif verilirsə, üstəlik biliyi, təcrübəsi, sübut olunmuş nəticələri yoxdursa, o necə ən təsirli qərarı verə bilər? Müvafiq şəxslər vəziyyətə nəzarət etmir. Onların vəzifəsi ordumuzu tamamilə dəyişməkdir: taktika, strategiya, şəxsi heyət, silahlar və bütün digər standartlar NATO ordusunun standartlarına çatdırılmalıdır. Ona görə də bu köhnə nizam sökülməlidir. Amma bu baş vermir”.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031