KÖHNƏ VERSİYA            

Rəsulzadənin əlləri qana batmayıb - Njde isə qan içində boğulur...

Image

Məhərrəm Zülfüqarlı: “Rəsulzadə heç zaman faşizmə xidmət etməyib, amma Njde və başqa ermənilər faşistlərin, nasistlərin könüllü qulları olublar”

Keçən il 30 dekabrda Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin lideri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. 

Ölkəmizdə hədsiz dərəcədə təqdir edilən sərəncamdan Ermənistanda narahat olanlar tapılıb. 

Ermənistanda, guya Azərbaycandan köçüb getmiş ermənilər tərəfindən yaradılan qondarma bir təşkilat var. Adını "Girdiman-Şirvan-Naxçıvan" (?) qoyduqları "ümumerməni birliyi" mütəmadi olaraq Azərbaycan əleyhinə təbliğatla məşğul olur. Bu təxribatçı qrup indi də Azərbaycanda  M.Ə. Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi ilə bağlı qərara "cavab olaraq" "bəyanat" yayıb. 

"Bəyanat" təpədən-dırnağa iftiralarla, təhrif və əsassız ittihamlarla "zəngin" olduğu üçün məzmununu təqdim edirik. Rəsulzadə şəxsiyyətinə, onun siyasi fəaliyyətinə, mühacirət dövründəki mübarizəsinə ləkə yaxan "təşkilat"  Rəsulzadənin siyasi fəaliyyəti ilə bağlı iddia edir ki, guya o siyasi fəaliyyətə "ifrat panislamist və pantürkist" kimi başlayıb, guya " Hitlerin nasist düşərgəsinə qoşulub".

"Azərbaycan sovetləşdikdən sonra siyasi mühacirətə gedən Rəsulzadə Sovet Azərbaycanında üsyanı qızışdırmaqla hakimiyyətə qayıtmaq və əvvəllər bəyan etdiyi millətçilik ideyalarını həyata keçirmək üçün fəal antisovet mübarizəsinə rəhbərlik etmişdir. Belə bir əlverişli fürsət İkinci Dünya müharibəsi illərində özünü büruzə verdi. Dünya müharibəsinin əvvəlində o, alman hakimiyyət orqanları ilə əlaqə qurub və 1942-ci ildə faşist ordusunun tərkibində Azərbaycan legionunun yaradılmasında artıq tam şəkildə iştirak edib"-iddiasını irəli sürüblər. 

Bu qondarma təşkilat Rəsulzadəni "nasist tərəfdarı" kimi qələmə verib və öz aləmində onun 140 illik yubileyinin keçirilməsini "pisləyib". 

Rəsulzadənin "nasist tərəfdarı" kimi təqdim edilməsi yolverilməzdir, çünki o yerli-dibli bu yola qulluq etməyib, onun xaricdəki bütün siyasi fəaliyyəti şəffaf olub. 

Azərbaycanı "nasizmi dəstəkləməkdə" ittiham edən Ermənistan, eləcə də bu qondarma təşkilat gözünü qaldırıb İrəvana baxsın, görsün nə qədər faşist, nasist tərəfdarına orada heykəllər qoyulub, Njdenin, Dronun və başqalarının abidələrinə ciddi diqqət yetirsələr öz gözlərindəki “tiri” daha yaxşı görərlər.

“Ermənilər faşistlərlə birgə yəhidi qırğınlarında, milli azadlıq hərəkatı aparan xalqların mübarizəsinin qan içində boğulmasında iştirak edirlər” 

AVCİYA-nın vitse-prezidenti, tarixçi professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, bu məsələ ciddi olduğu üçün onun ciddi təhlili verilməlidir.  “Bildiyimiz kimi, Azərbaycan Xalq Cumhuriyyəti Şərqdə ilk demokratik cumhuriyyət olub və parlamentdə Azərbaycanda yaşayan bütün millətlər, milli azlıqlar təmsil olunub. Hətta parlamentdə ermənilərə də yer verilib. Bundan başqa, Cumhuriyyətin qəbul etdiyi qanunlarda qeyd olunurdu ki, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün insanlara hüquq bərabərliyi verilir və sair. Bütün bunlar onu göstərir ki, Azərbaycan Xalq Cumhuriyyəti nəinki Şərqə, hətta Avropaya nümunə bir respublika olub. Yəni Avropada monarxiya rejimləri daha çox olduğu halda Azərbaycanda belə bir nümunəvi respublika yaradılıb. Bunu Azərbaycana gələn avropalılar öz sənədlərində qeyd edirdilər. Məhəmməd Əmin Rəsulzadəyə gəlincə, o, tam demokratik ruhlu bir insan olub, bu onun əsərlərində də görünür. Amma bir məsələ var ki, bunu ermənilər bilərəkdən qarışdırırlar. İkinci Dünya müharibəsi başlayarkən Nasional Sosialist Partiyasının əsas proqramı ondan ibarət idi ki, alman xalqı ari irsinə mənsubdur, qalan xalqlar ikinci dərəcəlidir, almanlar dünyanı idarə etməlidir. Lakin müharibənin gedişində bir sıra məsələlər var ki, buna izah vermək lazımdır. Almanlar SSRİ-yə qarşı müharibəyə başlayarkən çoxlu sayda əsir tutmuşdular və əsirlərdən ibarət legioner divizyalar yaranmışdı. Bu həm Türküstan, həm erməni, həm gürcü diviziyası idi. O cümlədən də azərbaycanlılardan ibarət dörd diviziya vardı. Azərbaycanlılardan ibarət divizyanın yaranması təşəbbüsü də Məhəmməd Əmin Rəsulzadədən, Fətəli bəy Düdənginskidən gəlmişdi. Bunun əsas səbəbi o idi ki, almanlar yəhudilərə qarşı soyqırım həyata keçirirdilər, yəhudilərlə yanaşı azərbaycanlıları da güllələyirdilər. Yəhudilərlə müsəlmanların eyni bir adəti var ki, onlar da uşaqlarını sünnət edirlər. Buna görə də almanlar aəzrbayucanlıları yəhudilərlə səhv salıb   kütləvi şəkildə qırırdılar. Bunun qarşısını almaq üçün Rəsulzadə alman rəhbərliyi ilə danışığa getdi ki, onlar bu səhvi etməsinlər və azərbaycanlılara Azərbaycan Xalq Cumhuriyyətini işğal etmiş Sovet dövlətinə qarşı mübarizə aparmağa imkan versin. Məqsəd də o idi ki, SSRİ müharibədə məğlub olardısa azərbaycanlılardan ibarət dörd legioner diviziya Azərbaycana gəlib Xalq Cumhuriyyətini bərpa etsin. Yəni burada məsələ ondan ibarət ki, bizim dünya dövlətləri tərəfindən tanınmış Cumhuriyyəti işğal etmiş Sovet dövlətinə qarşı mübarizə aparılsın. O dörd diviziya milli azadlıq hərəkatı uğrunda mübarizə aparan heç bir xalqa qarşı iştirak etməyib. Məqsəd yalnız öz haqqını bərpa etmək idi. Digər tərəfdən, 1939-cu il avqustun 23-də   Molotov-Ribbentrop Paktı və ya rəsmi adı ilə Almaniya və Sovet Sosialist Respublikaları İttifaqı arasında hücum etməmə müqaviləsi imzalandıqdan sonra Almaniyaya ən yaxın dövlət SSRİ oldu. 1941-ci il iyunun 22-ə qədər mütəffiq, dost dövlət olublar. Bu müqavilənin gizli bəndləri vardı ki, sonra üzə çıxdı. Bir də 1939-cu ilin sentyabrında dostluq və sərhədlər haqda müqavilə imzaladılar”.

O vurğuladı ki, M.Ə.Rəsulzadə də başda olmaqla, azərbaycanlılardan təşkil olunan  legioner diviziya da kommunizmə qarşı mübarizə aparırdı. O dövrdə Milli Şura yaradıldığını qeyd edən M.Zülfüqarlının sözlərinə görə, 1943-cü ildə hətta bu şuranın qurultayı  da keçirilib.   “Amma alman rəhbərliyi Azərbaycan legionerlərinin məqsədini, Rəsulzadənin ideyasını  biləndən sonra bildirdilər ki, biz heç bir xalqa müstəqillik verməyəcəyik, müstəqil dövlətini tanımayacağıq. Bundan sonra Rəsulzadə bəyanat verərək Berlini tərk edib Türkiyəyə qayıtdı. Yəni bu onu göstərir ki, almanlarla Rəsulzadənin mövqeyi üst-üstə düşmür. Rəsulzadənin məqsədi Azərbaycan Cumhuriyyətini bərpa etmək idi. O, almanların dünya ağalığı siyasətinə etiraz edərək Berlindən gedib. Bu onu göstərir ki, Rəsulzadə sona qədər demokrat, vətənpərvər olub. Vətənpərvər insanla ermənilərtin iddia etdiyi “qatı milətçilik” qətiyyən uzlaşmır. Ermənilərin Rəsulzadənin 140 illiyi ilə bağlı Prezidentin verdiyi sərəncama hansısa “etirazla” yanaşması, faktları saxtalaşdırmasına gəlincə, bu ondan irəli gəlir ki, biz ermənilərin faşistlərlə, nasistlərlə axıra qədər əməkdaşlıq edən, onıların əl buyruqçusuna çevrilən şəxslərə heykəl qoymasına etirazla yanaşmışdıq. İkinci Dünya müharibəsində ermənilərin faşistlərlə müttəfiqliyi, əməkdaşlığı tamam başqa məsələdir. Ermənilər faşistlərlə birgə yəhidi qırğınlarında, milli azadlıq hərəkatı aparan xalqların mübarizəsinin qan içində boğulmasında iştirak ediblər. Ermənilərin heykəl qoyduqları əsl faşist ideologiyasına qulluq edən nökərlər olublar. Burada incəlik ondan ibarətdir ki, Rəsulzadənin almanlara qısa müddətdə yaxınlaşmasının səbəbi azərbaycanlı əsirləri kütləvi şəkildə qırılmaqdan xilas etmək və Cumhuriyyəti bərpa etmək idi, ermənilərin məqsədi isə bilərəkdən faşist ideologiyasına qul kimi xidmət  idi. Bu gün Ermənistanda Hitler əlaltılarına heykəllər qoyulub”. 

O qeyd etdi ki, tarix həmişə izahlar tələb edir və dövlətlər də bunu özlərinə uyğun izah etməyə çalışırlar. Lakin Azərbaycan Xalq Cumhuriyyətinin yaradıcısı olan M.Ə.Rəsulzadə heç zaman öz əqidəsindən, öz demokratikliyindən dönməyib deyən M.Zülfüqarlı qeyd etdi ki, Rəsulzadəyə qarşı çıxanlar, onu qaralamağa çalışanlar onun əsərlərini diqqətlə oxusunlar. “Rəsulzadə heç zaman faşizmə xidmət etməyib, amma Njde və başqa ermənilər faşistlərin, nasistlərin könüllü qulları  olub. Ermənilər hələ keçən əsrin 60-cı illərində faşist nökərlərinə, eləcə də cani Andranikə heykəl qoymaq istəyiblər. Onlar Andranikə heykəl qoymaq üçün yuxarılara müraciət də etmişdilər, o zaman onun qraşısını Azərbaycan ziyalıları, Azərbaycan vətənpərvərləri alıb. Demək istəyirəm ki, ermənilər öz qatı faşist şəxslərinə, nasistlərlə əməkdaşlıq etmiş kəslərə, müsəlmanların qətlində iştirak edən canilərə heykəl qoymaq istəyərkən biz onlara etiraz etmişik. İndi onlar buna əks olaraq Rəsulzadəyə və digər Cumhuriyyət liderlərinə qarşı hücuma keçirlər. Onların iddiasının heç bir əsası yoxdur”-deyə M.Zülfüqarlı bildirdi. O vurğuladı ki, ermənilər bizim Cumhuriyyət liderlərinə qarşı qara piar kampaniyası aparmaqla heç nə əldə edə bilməzlər, biz öz şəxsiyyətlərimizlə fəxr etməliyik.

İradə SARIYEVA  







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031