Bölgələrdəki bəzi hava limanları xarici şirkətlərin istifadəsinə verilə bilər...
AZAL-ın biletlərinin baha olması ilə aparılan araşdırma nəticəsində müəyyən edilib ki, bu sahədə antiinhisar qanunvericiliyinin pozulması müşahidə edilmir.
Bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, AZAL ilə yanaşı, ölkədə bir sıra xarici şirkətlər də uçuşlar həyata keçirirlər və vətəndaşlar öz seçimlərində sərbəstdirlər.
"AZAL məhdud yerlərə uçur və digər ölkələrə daha çox xarici şirkətlər uçuş həyata keçirir", - deyə rəis müavini vurğulayıb.
C.Babayev əlavə edib ki, sahənin təkmilləşdirilməsi ilə bağlı təkliflər verilib:
"Regionlardakı bir sıra hava limanlarını xarici şirkətlərin istifadəsinə vermək və ya əlavə bir aviaşirkətin cəlb edilməsi təklif edilib ki, yerli idarəetmə formalaşdırılmasın. Ümid edirik ki, gələcəkdə buna baxılacaq və daha aşağı qiymətli biletləri vətəndaşlar əldə edəcəklər", - deyə Cəfər Babayev qeyd edib.
ZÜMRÜD