KÖHNƏ VERSİYA            

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və Lənkəran Regional Elmi Mərkəzi illik hesabat veriblər

Image

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) və Lənkəran Regional Elmi Mərkəzinin (LREM) 2023-cü il üzrə illik hesabatına həsr olunmuş iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, eləcə də Səhiyyə, Kənd Təsərrüfatı, Elm və Təhsil nazirliklərinin nümayəndələri, bir sıra tibbi müəssisələrin direktorları, aidiyyəti şəxslər və KİV nümayəndələri iştirak ediblər. Əvvəlcə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin əhatə etdiyi institutlarda, həmçinin ali təhsil və tibb müəssisələrində 2023-cü ildə əldə olunan mühüm elmi nəticələri əks etdirən sərgiyə baxış keçirilib.

Tədbiri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq iclasın gündəliyi barədə məlumat verib. Alim AMEA-da həyata keçirilən islahatlar barədə danışaraq müasir elmin çağırışlarına müvafiq olaraq aparılan tədqiqatların, qazanılan yeni elmi nailiyyətlərin müstəqillik dövrü Azərbaycan elminin uğurları olduğunu söyləyib.

Akademik İsa Həbibbəyli AMEA-da müstəqil Azərbaycan dövlətinin çağırışlarına müvafiq olaraq, yeni elmi nəslin yetişdirilməsinin əhəmiyyətini qeyd edib, bu istiqamətdə fəaliyyətin gücləndirilməsinin önəmini vurğulayıb. O, həmçinin tədbirdə yeni ensiklopediya və tibbi lüğətlərin tərtib olunması ilə bağlı tövsiyələrini səsləndirib. AMEA rəhbəri gələcəkdə BTEB-in hesabatlarına sahibkarların da dəvət olunmasının elmin kommersiyalaşması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

AMEA prezidenti görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə ötən ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması və tibb elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə Əliyevanın 100 illiyi ilə əlaqədar BTEB-ə daxil olan institut və təşkilatlarda, o cümlədən digər tibb müəssisələrində keçirilmiş tədbirlər, konfrans və simpoziumlardan bəhs edib, bölməyə daxil olan elmi müəssisələrdə bu münasibətlə çoxsaylı elmi nəşrlərin işıq üzü gördüyünü vurğulayıb.

Akademik İsa Həbibbəyli Vətən müharibəsində qazanılmış Zəfərin ardınca Qarabağa və ətraf bölgələrə yenidən qayıdışın bu gün ölkəmiz üçün mühüm ictimai-siyasi və iqtisadi əhəmiyyətə malik olan bir prosesə çevrildiyini bildirib. O, Prezident İlham Əliyevin elan etdiyi Böyük Qayıdışın Azərbaycanın xəritəsinin Vətən müharibəsindəki Zəfərdən sonrakı tam mənzərəsinin yaradılmasına, regionda və onun ətrafında yeni nəqliyyat - logistika qovşaqlarının formalaşdırılmasına və iqtisadi-mədəni inkişafın təmin edilməsinə geniş üfüqlər açan dövlət əhəmiyyətli proqram olduğunu deyib. Alim BTEB-ə daxil olan institut və təşkilatlarda Böyük Qayıdışla bağlı fəaliyyətin daha da intensivləşdirilməsinin, yeni elmi istiqamətlərin müəyyənləşdirilməsinin vacibliyindən danışıb, ölkə üzrə elmi müəssisələrin fəaliyyətini müzakirə etmək, elmin qarşısında qoyulan vəzifələri müəyyən etmək baxımından bölmələrin üzərində böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.  

AMEA rəhbəri 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu qeyd edərək, Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunduğunu xatırladıb. O, bu gün alimlərimizin həmin bölgələrdə müxtəlif tədqiqatlar apardıqlarını, dövlətimizin quruculuq işlərinə töhfələr verdiklərini söyləyib. Akademik İsa Həbibbəyli BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirin də 2024-cü ildə ölkəmizdə keçirilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib.

Sonra AMEA-nın vitse-prezidenti Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədri akademik İradə Hüseynova bölmənin 2023-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatını təqdim edib.

Akademik İradə Hüseynova bildirib ki, hesabat ilində ölkə başçısının Fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları, “Azərbaycan Respublikası Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin,  “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” və s., eləcə də “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, Azərbaycan Respublikası “Qırmızı kitab”ının III nəşrinin hazırlanması və çapı, AMEA-nın Ümumi yığıncağı və Rəyasət Heyətinin qərarları ilə verilmiş tapşırıqlar çərçivəsində tədqiqatlar aparılıb, o cümlədən “Heydər Əliyev İli” və akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı mühüm işlər həyata keçirilib.

Həmçinin bölmənin institutlarında və AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində, AR Elm və Təhsil, Səhiyyə və Kənd Təsərrüfatı nazirliklərinin tədqiqat və təhsil müəssisələrində, TƏBİB-in tədqiqat müəssisələrində, ali təhsil ocaqlarının müvafiq kafedralarında yerinə yetirilən tədqiqatların əlaqələndirilməsi həyata keçirilib.

Vitse-prezident diqqətə çatdırıb ki, bölmə və institutlar işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun, eləcə də digər işçi qruplarının işində, müvafiq fəaliyyət proqramlarının icrasında, region üzrə bioloji və radioekoloji monitorinqlərin aparılmasında, Ermənistanın Qarabağda törətdiyi ekoloji terrorun miqyasının qiymətləndirilməsində fəal şəkildə iştirak ediblər. Belə ki, işğaldan azad edilmiş ərazilərdə BTEB-in əhatə etdiyi institutlar tərəfindən çoxsaylı ekspedisiyalar həyata keçirilib, nadir və itmək təhlükəsində olan bitki və heyvan növlərinin, torpaq və su ehtiyatlarının, içməli su mənbələrinin, meşə və digər ekosistemlərin monitorinqləri aparılıb. Xüsusən Oxçuçay və Bəsitçayın monitorinqləri üzrə fəaliyyətlər, ekspedisiyalar və nümunələrin analizi prosesi 4 institutun əməkdaşlarından ibarət işçi qrupları tərəfindən davam etdirilib.

Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəşrinin hazırlanması ilə bağlı görülmüş işləri diqqətə çatdıran akademik İradə Hüseynova hesabat dövründə Qarabağ regionundan “Qırmızı Kitabın III nəşrinə daxil edilən növlərin monitorinqləri ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə intensiv fəaliyyətlərin həyata keçirildiyini deyib. Bildirib ki, qəbul olunan və həyata keçirilən qərarlar, çoxsaylı tədbirlər, məqsədyönlü şəkildə görülən işlər, aparılan ekspedisiya və kameral tədqiqatlar, bütünlükdə prosesə rəhbərliyin yüksək diqqəti və nəzarəti öz müsbət nəticələrini vermiş, “Qırmızı Kitab”ın III nəşri nəfis şəkildə çapdan çıxmışdır. O, yaradıcı kollektivin Ulu Öndərin şanlı yubileyinə dəyərli töhfəsi olan nəşrə nadir və itmək təhlükəsində olan 241 fauna növü (152 onurğalı, 89 onurğasız, 39 məməli, 78 quş, 18 sürünən, 11 balıq, 7 növ su onurğasızları, 82 həşərat, 6 amfibi növü) və 460 flora növü (423 bitki: 383 ali, 15 ali sporlu, 6 mamır, 14 şibyə, 5 yosun, 37 göbələk) daxil edildiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, hesabat ilində Xəzər dənizinin Azərbaycan sektorunun və ətraf ekosistemlərin tədqiqi, dənizin bioloji resurslarının öyrənilməsi üzrə fəaliyyətlər davam etdirilib, bu məqsədlə AMEA ilə AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasındakı mövcud Anlaşma Memorandumu çərçivəsində müvafiq işlər görülüb.

Ötən il biologiya, aqrar və tibb elmləri üzrə tədqiqatlar əsasən, biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi və səmərəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılması, bioloji proseslərin molekulyar-genetik və fiziki-kimyəvi əsasları, genom, proteom və metabolom tədqiqatları, o cümlədən yeni bio-, nano- və postgenom texnologiyalarının fundamental və tətbiqi əsaslarının işlənib hazırlanması, kompüter biologiyası, maşınöyrənmə üsullarının, süni intellektin biologiya və təbabətdə tətbiqi, həmçinin patologiyaların fizioloji və molekulyar-genetik əsaslarının tədqiqi, yeni diaqnostika və müalicə üsullarının, dərman preparatlarının işlənib hazırlanması, reproduktiv təbabətdə yüksək texnologiyaların və kök hüceyrələrinin tətbiqi istiqamətləri üzrə aparılıb.

Məruzəçi bildirib ki, qeyd olunan istiqamətlərdə hesabat ilində 21 problem, 78 mövzu, 234 iş, 489 mərhələ üzrə tədqiqatlar aparılıb, 1 mövzu, 104 iş və 362 mərhələ tamamlanıb. Tibb müəssisələrində 32 problem, 144 mövzu (19-u tamamlanıb) və 301 işi (40-ı tamamlanıb) əhatə edən 479 (88-i tamamlanıb) mərhələ üzrə tədqiqatlar həyata keçirilib. Hesabat ilində bölmənin institutları tərəfindən 1-i xaricdən olmaqla 8, aqrar tədqiqat və təhsil müəssisələrində isə 24 yerli, 4 xarici patent əldə edilib.

Bölmə alimləri tərəfindən nəşr olunmuş elmi əsərləri diqqətə çatdıran akademik İradə Hüseynova qeyd edib ki, hesabat dövründə bölmə institutları tərəfindən 1244 elmi əsər, o cümlədən 10 kitab (3-ü xaricdə), 15 monoqrafiya (2-si xaricdə), 511 məqalə (293-ü xaricdə, onlardan 228-i impakt faktorlu jurnallarda, 91-i “Web of Science” və “Scopus” bazalarında), 708 tezis (154-ü xaricdə) nəşr olunub. Əməkdaşların əsərlərinə 3288 istinad edilib. Bölmədənkənar tibb yönümlü müəssisələr tərəfindən 1233 elmi əsər, o cümlədən 5 kitab (2-si xaricdə), 28 monoqrafiya (1-i xaricdə), 1383 məqalə (549-u xaricdə, onlardan 196-sı “Web of Science” və “Scopus” bazalarından olan jurnallarda), 2193 tezis (495-i xaricdə) nəşr olunub, elmi əsərlərə 783 istinad edilib.

Vitse-prezident, həmçinin hazırda bölmənin 16 gənc mütəxəssisinin tanınmış xarici universitetlərdə doktorantura təhsili aldığını söyləyib.

Bundan başqa, hesabatda elmlə təhsilin inteqrasiyası, beynəlxalq əlaqələr, kadr hazırlığı, müəssisələrdə fəaliyyət göstərən beynəlxalq laboratoriyalar, elektron elmin vəziyyəti, keçirilmiş konfranslar, seminarlar və yubileylər, təltiflər və s. barədə məlumat verilib.

Hesabat dinlənildikdən sonra məruzə ətrafında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, BDU-nun kafedra müdiri AMEA-nın müxbir üzvü Elşad Qurbanov, Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, eləcə də Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə çıxış edərək fikir və təkliflərini səsləndiriblər. Həmçinin AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı, hazırda Böyük Britaniyanın Oksford Universitetinin doktorantı olan Gülnar Abdullayeva tədbirə onlayn qoşularaq xərçəng hüceyrələri ilə bağlı apardığı tədqiqatlar haqqında məlumat verib. 

Daha sonra Lənkəran Regional Elmi Mərkəzinin  direktoru filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev Mərkəzin 2023-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatını təqdim edib. O, ötən il Lənkəran Regional Elmi Mərkəzində altı mərhələdə üç problemi əhatə edən altı mövzu üzrə altı işin yerinə yetirildiyi, iki mövzu üzrə iki işin altı mərhələdə başa çatdırıldığını söyləyib.

Mehman Əliyev qeyd edib ki, aparılan elmi-tədqiqat işləri Azərbaycanın cənub-şərq regionunda yaşayan ədiblərin yaradıcılığının öyrənilməsi, folklor, etnoqrafik, arxeoloji və numizmatik abidələrin aşkarlanması, onların xəritələrinin tərtibi, numizmatik materialların elmi dövriyyəyə daxil edilməsi və kataloqlaşdırılması, eləcə də Lənkəran-Astara bölgəsi şəraitində çay, sitrus və subtropik bitkilərin mövcud sort və formalarının toplanması, morfoloji və bioloji təsərrüfat xüsusiyyətlərinin öyrənilməsi, Cənub regionunda uzunömürlülüyün populyativ, sosial-bioloji xüsusiyyətlərinin ekoloji və genetik faktorlarının, həyat tərzinin, yaşla bağlı patoloji dəyişikliklərin intensivliyinin, sosial statusun, ailə-məişət ənənələrinin, tibbi nəzarətin uzunömürlülük fenomeninə təsirinin tədqiqi və s. məsələlərə həsr olunub.

Diqqətə çatdırılıb ki, Lənkəran Regional Elmi Mərkəzində rayonlaşdırılmış Fərmançay, Lənkəran, Xəzər və Fərmançay Çəhrayı, Azərbaycan-2 çay sortlarından 2023-cü ildə istehsal olunmuş quru çay (yarımfabrikat) məhsulunun biokimyəvi əlamətləri öyrənilmişdir. Bundan başqa, hesabat ilində Mərkəzin təcrübə bazasında şeddok - Citrus grandis, sitron - Citrus medica, iri pompelmus - Citrus maxima, dekorativ naringi və s. sitrus bitkilərinin introduksiyası aparılmış, quayava bitkisinin bölgənin torpaq-iqlim şəraitinə adaptasiyası öyrənilmişdir. Direktor “Heydər Əliyev İli” çərçivəsində Mərkəzdə görülən işləri, keçirilən tədbirləri də diqqətə çatdırıb.

Daha sonra çıxış edən akademik İsa Həbibbəyli bölmədə aparılan tədqiqatları, müəyyənləşdirilmiş yeni elmi istiqamətləri, yaxın profilli müəssisələrin birgə fəaliyyətini, gənc mütəxəssislərin xaricdə doktorantura təhsili almasını, yeni elmi nəslin yetişdirilməsi istiqamətində görülən işləri, impakt faktorlu jurnallarda çıxan məqalələrin sayının artmasını, işğaldan azad olunmuş ərazilərdə yerinə yetirilən elmi işləri yüksək qiymətləndirib.

Sonda Rəyasət Heyətinin qərarı ilə Biologiya və Tibb Elmləri Bölməsinin və Lənkəran Regional Elmi Mərkəzinin 2023-cü ildəki fəaliyyəti qənaətbəxş hesab edilib.








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031