“Başqırdıstandakı etirazlar bütün Rusiyanı bürüyə bilər” - İlya Ponomarev
Rusiyada sanki daxili gərginlik yüksələn xətlə inkişaf edir. Artıq Ukraynaya genişmiqyaslı işğalın başlanmasından bəri ən böyük etiraz aksiyalarından biri Başqırdıstanda keçirilir. Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomarev mətbuata açıqlamasında bildirib ki, hər şey təkcə bu regionla məhdudlaşmaya bilər.
"Hakimiyyət yaxşı başa düşür ki, kiçik bir şəhərdə 5 min insan çıxsa, bölgənin paytaxtı Ufada nə qədər adam çıxacaq? Onların orada fəalları ələ keçirmələri əbəs yerə deyil. Doğrudan da, bu böyük partlayışdır. Bu, Rusiyanı kimin xarab etdiyini, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, Mossad, Ukraynanın Baş Kəşfiyyat İdarəsi deyil, respublikanın indiki rəhbəri Radiy Xabirov kimi məmurlar tərəfindən məhv edildiyinin bariz nümunəsidir.”-keçmiş deputat açıqlayıb.
Mətləb Salahov